Tarixi Liderdən Öyrənməmiz Gərəkən Həyat Dərsi!

0
5142
Tarixi Liderdən Öyrənməmiz Gərəkən Həyat Dərsi!

"Bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır" —bu sözlər böyük siyasi və idealoji liderlərdən biri olan—Mahatma Qandiyə məxsusdur. Əsl adı Mohandas Qandi idi. "Mahatma" titulunu isə, ona tanınmış hind yazıçısı Robendranat Taqor verib. “Mahatma” – “Böyük Qəlb”,  “Böyük Qəlbli” mənasını verir. Amma Qandi özü bu titulu heç vaxt qəbul etmirdi. O deyirdi: “Mən bu titula layiq deyiləm”.

Əslində isə, Mohandas Qandi hind xalqının müstəqilliyi və azadlığı yolunda çox şeylər etmiş xadim idi. O hind xalqının azadlığı yolunda apardığı mübarizədə bir çox “güc tətbiq etməmək” metodlarından istifadə edib. Bu metodlar; müstəmləkəçilərin müəssisələrini və onların məhsullarını baykot etmək, işə çıxmamaq,oturaq tətillər etmək və s...
Bundan başqa Qandi kasta (sinif) bərabərsizliyinə qarşı da sərt mübarizə aparıb. O bacardıqca aşağı siniflərin həyat tərzinin yaxşılaşmasına çalışıb. M. Qandinin cəmiyyətdə yüksək yer tutmasına baxmayaraq, o, çox sadə bir həyat tərzi keçirib, daim rahib paltarı geyib və vegeterian olub.

Qandi heç bir qəddarlıq  və zor tətbiq etmədən həm özünü dəyişib, həm də ətrafındakı bütün aləmi. İndi bu dahi insanın  adamlara tövsiyə etdiyi müdriklik dərslərindən bir neçə sitat gətirmək yerinə düşərdi. Bu sitatlardan sonra bəlkə özümüz də bir dəyişiklik hiss etdik və ətrafımıza təsir edə bildik. Hər şeydən əvvəl özümüzdən başlamalıyıq.

M. Qandidən sitatlar:

Dəyişin... Bütün aləmdə hansı dəyişiklikləri görmək istəyirsinizsə, həmin dəyişiklikləri özünüzdə edin. Təkrar edirəm, ilk növbədə özünüzdən başlayın. Əgər dəyişmək istəyiriksə, buna özümüz nümunə olmalıyıq. Əgər siz özünüzdə hər hansı bir dəyişikliyə nail ola bilsəniz, bir çoxları da sizə baxıb dəyişəcək. Hər bir kəs hər hansı bir uğursuzluqda höküməti, cəmiyyəti və s. günahlandıra bilər,amma tək-tük adam tapılar ki, bütün günahları özündə görsün və özü dəyişməyə başlasın...
Düzgün suallar verin. Sual o zaman daha güclü olur ki, insanların tərəqqisinə xidmət etsin. Düzgün sualları həmişə düz adamlara verin. Həyatın dəyəri verilən sualların dəyərliliyindən birbaşa asılıdır. Siz dəyərli sual verməsəniz, dəyərli cavab ala bilməyəcəksiniz.
Həmişə hərəkətdə olun (fəaliyyət göstərin)... Belə bir fəlsəfi variantı əsas götürmək lazımdır; “ Bugün edəcəyin işi sabaha qoyma”. Sabah ola bilər ki olmasın, keçmiş isə arxada qalıb. Biz indiki zamanda yaşayırıq, ona görə də “burada və bu saat” prinsipi ilə çalışmalı və fəaliyyət göstərməliyik. “Bizim gələcəyimiz indi görəcəyimiz işlərdən asılıdır”.
Bağışlamağı bacarın. Zəiflər bağışlaya bilmir. Bağışlamaq güclülərə xasdır. Tez bağışlaya bilmək, zəifliyə dəlalət  eləmir. Əksinə bu,ruhən güclu olmağı göstərir.
Məsləkinizə diqqət edin. Sizin məsləkiniz,sizin fikirləriniz olacaq. Sizin fikirləriniz sizin sözləriniz olacaq. Sizin sözləriniz sizin əməlləriniz olacaq, əməlləriniz isə sizin vərdişləriniz olacaq. Sizin vərdişləriniz sizin qiymətiniz olacaq. Sizin qiymətiniz isə,sizin taleyiniz olacaq. Öz gələcəyinizi necə görmək istəyirsinizsə,bu yolda inamla addımlamalısınız və uğur qazanmağa çalışmalısınız. Əgər uğur qazanacağınıza inamınız böyükdürsə, demək, mütləq uğur sizinlədir. Birinci dəfədən alınmasa da,növbəti dəfələr alınacağına daha inamlı olmalısınız.

 

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN