Uğur Yolunda Özünüzü Necə Motivasiya Edə Bilərsiniz?

Uğur Yolunda Özünüzü Necə Motivasiya Edə Bilərsiniz?

Piyada gəzin və yaxud maşın sürün

Özünüzü motivə etmək üçün ilk əvvəl nə etməlisiniz?  Ayaqla olduğunuz məkanı və ya maşınınızla sizi rahatladacaq yerləri gəzin, sərbəst vaxt keçirin. Hamımızın rahatlanmağa ehtiyacı var və maşın sürmək ayaqla gəzinti həqiqətən yaxşı bir həll yoludur. Bu şəkildə etdiyiniz istirahət sizin ruhunuzdakı mənfiliklərə, yorğunluğa son qoyacaqdır.

Uğur hekayələri oxuyun

Ətrafınızdakı insanların uğur hekayələrini oxuyun. Gündəlik qəzetlərdə belə sizə ilham verəcək, motivə edəcək, hərəkətə keçirəcək yüzlərcə kiçik uğur hekayələri var. Kitabxanalar sadə insanların qeyri-adi uğur hekayələrindən bəhs edən bioqrafiyalar ilə doludur. Hamısı da sizi uğura çatdırmaq üçün həyəcanla rəflərdə gözləyirlər.

Musiqiyə qulaq asın

Musiqi sakitləşdirir, həyəcanlandırır, kədərləndirir və hətta motivasiya da verə bilir. Qaçarkən Rocky filminin musiqisini dinləmək, musiqi motivator olaraq istifadə etməyə ən gözəl nümunədir. Sizi motivə edəcək mahnıları seçin və ehtiyacınız olanda dinləyin. Məsələn: Mən hər səhər işə gedəndə Tünzalə Ağayevanın “Hər şey yaxşı olacaq” mahnısını dinləməkdən çox böyük zövq alıram və yüksək motivə oluram.

Motivə edəcək filmlər izləyin

Sizi motivə edəcək filmlərin siyahısını tutun və kiçik arxiv hazırlayın. Məsələn: Forrest Gump filmini seyr etmək çox insanı motivə edə bilir. Bilirsiniz, bu filmdə İQ səviyyəsi çox aşağı olan insan, böyük uğurlara imza atırdı.

Motivə edəcək sitatları oxuyun

Həm kitablarda, həm də internetdə sizə ilham verəcək və motivə edəcək minlərlə sitatlar vardır. Belə sitatları arının çiçəklərdən topladığı bal kimi toplayın.

Bunlar işinizə çox yarayacaq, çünki hamımızın həyatı şərh etmə şəklimiz fərqlidir. Həyata fərqli baxış bucaqlarından baxmağınızı təmin edəcək hekayələr belə sizə çox kömək edəcəkdir.

Düzgün qidalanın

Xoşbəxt bir həyat üçün, düzgün qidalanmaq çox vacibdir. Yaxşı bir dietada, sizin orqanizminiz üçün lazım olacaq bütün qida, vitamin və minerallar var. Artığı onsuz da zərərli olacaqdır. Nə demişlər, “Sağlam baş, sağlam vücudda tapılar”. Orqanizminiz və motivasiyanızın yüksək olması üçün sağlam qidalanın. Siqaret və içkidən üzaq dayanın.

Doyunca yatın

Bəzi insanlara 6 saat yuxu kifayət edərkən, bəzilərinə 8 saat yetərli ola bilər. Yetərincə yatdığınıza əmin olana qədər yatın. Ancaq 8 saatdan artıq olmamasına da diqqət edin. Daimi bir yuxuya sahib olmağın həm orqanizminiz, həm də beyniniz üçün nə qədər yararlı olduğunu görəcəksiniz.

Hər zaman öyrənin

Ən önəmli dərs bu! Ətrafınızdakı dünya haqqında hər zaman öyrənməyə davam edin və əsla dayanmayın. Sizi maraqlandıran şeylər haqqında oxuyun, dinləyin və öyrənin. Məsələn sizə ünvanlanan suallara “bilmirəm” deməyin dadını çıxarın, sonra tezliklə o sualın cavabını öyrənin.

Hər şeylə maraqlanın. Bilirsiniz, maraq elmin müəllimidir.

 

Tərcümə etdi: Sarah Nəcəf

 

ŞƏRH YAZIN