Xəyallar Ümidlərimizin Can Damarıdır

Xəyallar Ümidlərimizin Can Damarıdır

Motivasiyamı qura bilmirəm deyirsənsə, bu məsləhətlər əsil sənlikdir!

Heç bir işə həvəsim yoxdur! Heç nəyə motivasiya ola bilmirəm!

Ah kaşki motivasiyamı qura bilsəydim, bax onda gör necə işləyərdim!

Bəzən, enerjimizin tükəndiyini hiss etdiyimiz, işə qarşı marağımızın qalmadığını, hər şeydən bezdiyimiz anların qara buludlar kimi üstümüzə çökdüyü anlar yəqin ki, hamınızda olur.

Bəlkə, bəziləriniz ürəyindən: “Kaşki bəzən olsa” deyə söylədiyinizi eşidən kimiyəm.

Motivasiya; bizim yaşadığımız zamanın sehirli sözüdür.

Uğurlu insanların bitib tükənməz enerji qaynağı; güclü motivasiyalarıdır.

İstər məktəbdə parta arxasında əyləşən şagird olun, istər bir iş yerində rəhbər və ya siravi çalışan olun, motivasiyanız yoxdursa; uğurunuzda yoxdur.

Çünki motivasiya, sizi hərəkət etməyə sövq edən duyğudur.

O sehirli duyğunu tapdığınızda; sizdə də sehirli nələrsə olmağa başlayacaq.

Leo Messi, o  möhtəşəm qollarını ancaq yüksək motivə olduğunda ata bilər.

Kriştian Ronaldo, çox zaman dəqiq olan penaltini  yaxşı adaptasiya olduğunda qola çevirə bilər.

Uğurlu şagirdlər, imtahanlarda: beyin güclərini yaxşı adaptasiya olduqlarında aktivləşdirə bilirlər.

Bunları istədikləri zaman etmədikdə belə; Messi Messidir, Ronaldo Ronaldodur. Amma sadəcə bir şey dəyişmişdir: motivasiyaları.

Çünki adaptasiya olmadıqda, gərçək potensiallarını göstərə bilməzlər.

Bu idmanda da belədir; məktəbdə də; iş yerində də.

Beynimiz Limbik (duyğu ilə əlaqədar şöbə) sistemini işlətmədən, yüksək səviyyəyə çatmağınız mümkün deyil.

İdmanda, motivasiyanın önəmini müəyyən bir səviyyədə başa düşürük.

Bu səbəblə, son zamanlar bəzi klublar idmançıları motivə etmək üçün motivasiya mütəxəssislər ilə işləyirlər.

Amma təəssüf ki, heç cürə təhsildə motivasiyanın vacibliyini dərk etmirik. Şagirdlərimizin motivasiyası yoxdur, çünki müəllimlərimiz motivə deyil.

Yaxşı bəs biz bu vəziyyəti necə düzəldə bilərik?

1-Hədəfini seç

Bir çox insan demək olar ki, həyatda heç bir hədəfi olmadan yaşayır. Məktəbə gedən şagird hədəfsiz gedər. İşə gedən işçi hədəfsiz işləyər. Buna səbəb hədəf seçmə yaddaşımızın aşağı səviyyədə olması ilə bərabər, xəyal sınıqlarımızın rolu böyükdür.

Beynimiz bir hədəf seçdiyində nələr etməyimizin lazım olduğunu siyahılayar. Beləliklə,  hədəfimizə necə çatacağımızı planlaşdırmağa başlayarıq.

Bu bir reallıqdır ki, hədəfimiz yoxdursa uğurumuz da yoxdur.

2-Niyə burdasan?

Niyə məktəbə gedirsən?

Niyə işləyirsən?

Niyə universitetə hazırlaşırsan?

Motivasiyanın əsas qaynağı bir işi niyə etdiyini seçməkdir.

Bu səbəbləri yazmaq və tez-tez düşünmək, hədəfimizlə əlaqəmizi həmişə real saxlayar.

Hədəflərindən uzaqlaşan insanlar, nə üçün o işi etdiyini unudan insanlardır.

3-Uğur qazansan nə olacaq?

Xüsusilə mükfatlardan motivasiya olan insanlar, hədəflərinə çatdıqlarının ssenarilərini beyinlərində canlandırarlarsa, hədəflərini doğru güclü bir cazibə qüvvəsi ilə yaşayarlar.

4-Uğur qazanmasan nə olacaq?

Bu da, kədərdən uzaqlaşaraq motivasiya olan insanların beyinlərində yazmaları lazım olan ssenaridir.

Və cəmiyyət olaraq əksəriyyətimizin bu tip motivasiya xüsusiyyətimiz vardır.

Şagirdlərimizin çoxu zəif qiymət almamaq üçün çalışır. İş yerində çox işçi problem çıxmasın deyə işini görər.

Ən yaxşı motivasiya olan insanlar isə həm müsbət həm mənfi ssenariləri düşünərək işləyən insanlardır.

5-Öncəliklərini seç

Bir hədəfiniz varsa artıq öncəliklərində nizamlama etməlisən.

Bundan sonra nə sizin üçün daha öndə və önəmli?

İnternetdən artıq qalan vaxt ərzində mi dərs hazırlayacaqsan, yoxsa dərsdən artıq qalan vaxtda mı internetlə məşğul olacaqsan?

Hansı sənin üçün daha əvvəldədir və vaciblidir? Bunun həll yolunu tapa bilməyən insan səncə, uğurlu ola bilərmi?

6-Xəyal et

Xəyallar etdiyin işin enerji mənbəyidir. Hədəfinizi xəyal etdiyinizdə (buna biz hədəf səyahəti deyirik) işləmək əzminiz də adaptasiyanız da artar.

Nə qədər böyük və güclü xəyallarınız varsa, o qədər böyük və gücl işlər bacaraqsınız.

Böyük düşünün!

Unutmayın hər şey öncə xəyalla başlayar!

 

Tərcümə etdi: Sarah Nəcəf

ŞƏRH YAZIN