Xəyallardan Reallığa Necə Gələk?

0
3601
Xəyallardan Reallığa Necə Gələk?

Biz nə vaxt daha çox və daha tez-tez xəyal qururuq?
Qaydaya görə əsasən bu uşaqlıqda baş verir. Oyun və nağıllar hər bir uşağa bələdçilik edir. Böyüyəndən sonra isə insanlar nisbətən daha az xəyal qurur. Bəzən isə ümumiyyətlə xəyal qurmur. Cəmiyyətin fikri, gündəlik qayğılar, və iş kimi faktorlar buna səbəb olur. Lakin xəyallar təkcə uşaqlıqda həyata keçmir. Bu böyüklərlə də baş verir.
 
Düşüncələr və elektromaqnit dalğası.
Dünyada fikrin maddiyata çevrilməsi anlayışı mövcuddur. Bu fikrən yaradılmış obrazın reallığa çevrilməsidir. Əvvəlcə bu yalnız bir fərziyyə, təxmin idi və daha çox isə təsadüfə bənzəyirdi. Sonradan isə fikir verdilər ki, əslində bu təsadüf deyil, həqiqətdir. Bu mövzu fizika alimlərinin də diqqətini çəkdi və onlar sübut etdilər.ki, dünya elektromaqnit dalğaları ilə əhatə olunub. İnsanlar da həmçinin maqnit dalğaları saçırlar. Onların tezliyi yerin tezliyi ilə üst-üstə düşəndə formalaşan enerji maddi obyektlərə təsir edir. Bununla həmçinin ekstrasenslərin qabiliyyətləri də izah edilir.
Enerji saçmağı istənilən insan bacarır. Bu o deməkdir ki, arzuları həyata keçirməyə hər kəsin gücü çatar.
 
Nə göndəririksə onu da alırıq.
Həyatda bizimlə baş verən hər şey bizim nəaliyyətimiz və ya uğursuzluğumuzdur. Başımıza nə düşünürüksə o gəlir. Arzulamaq və istəmək əvəzinə biz şikayətlənir və nəyi istəmədiyimizi deyirik. Və çox nadir hallarda malik olduqlarımıza görə minnətdar oluruq. 
Sevincdə və qəzəb anında biz güclü enerji saçırıq. Biz arzu kimi dəyərləndirilən siqnal göndəririk. Həmçinin ümidsizlik anında biz güclü neqativ yaradır və onu kainata göndəririk. O bunu arzu bilib bizə qaytarır. Və bu beləcə təkrarlanır. Müsbət fikirlərlə də eyni şey baş verir. Biz fikrimizi nəyə cəmləyiriksə onu da alırıq. Həyata və ya insanlara minnətdarlıq hissi bəsləyəndə biz kainata müsbət enerji göndəririk. Gəlin yaxşı anlara fokuslanaq. Kim ki, öz taleyinə minnətdardı o, stədiyini, hətta daha çoxunu alır.
 
Necə edək ki, arzular həyata keçsin? 
Nəyisə çox istəmək kifayət etmir. Sən demə arzu edərkən belə düzgün arzu etmək lazımdır. Bəs bunun üçün bizə nə lazımdır?
 
1. Öncə düşüncə tərzini neqativdən pozitivə dəyişmək. Əvvəlcə bir gün müsbət düşünməyə çalışmaqla başlamaq olar. Daha sonra isə bu müddəti həyat tərzinə çevrilənə qədər artırmaq, bir neçə gün və həftəyə qədər qaldırmaq lazımdır.
2. Nə istədiyimiz haqda düşünməliyik, istəmədiyimiz haqda deyil.  Misal üçün "mən xəstələnmək istəmirəm" sözünün yerinə "mən sağlam olmaq istəyirəm" demək lazımdır. Əsas söz budur - "mən istəyirəm ..."  .
3. Arzunu indiki zamanda qurmaq lazımdır. Arzularımızı kainata göndəririk. Onda keçmiş və gələcək yoxdur, yalnız indiki zaman var. Bu cür formula bizi arzularımızı reallaşdırmağa yönəldir, ona yaxınlarşdırır, və onu real edir.
4. Arzu edərkən edərkən dəqiq olmaq, öz fikrilərini dəqiq formalaşdırmaq doğru arzu etmənin əsas şərtlərindən biridir. Bunun üçün ən yaxşısı onları vərəqə yazmaqdır. Rəng, ölçü, yer, yaş - hərşeyi dəqiq qeyd edin. Yoxsa maşına sahib olmaq arzusu düzəlməyən, 20 illik köhnə maşına sahib olmaqla bitə bilər.
5. İstəyinizin həyata keçməyini ürəkdən arzulamaq, arzu olunan obyekti ən xırda detalları ilə təsvir etmək lazımdır. Hətta artıq həyata keçmiş kimi emosiya və hislər keçirmək çox vacibdir. Bu müsbət enerji kainata yollanacaq və həyata keçmiş arzu kimi qayıdacaq.
 
Doğru xəyal qurmaya bir neçə qeyd də əlavə edək. Arzulayarkən həmişə həqiqi istədiyinizdən daha çoxunu istəmək lazımdır. Çünki adətən arzular kiçik həcmdə həyata keçir. 
 
 
Kimlərdə və niyə alınmır.
Bəziləri soruşur ki, əgər belə asandırsa bəs niyə dünyada bu qədər bədbəxt insan var?
Birincisi bütün arzular həyata keçmir, yalnız həqiqi arzular həyata keçir. Yəni bizə həqiqətən lazım olan arzular. Bəzən biz nəyisə istəyirik və düşünürük ki, bu bizə lazımdır. Lakin üstündən bir müddət keçəndən sonra biz arzumuz haqda unuduruq və sonra anlayırıq ki, əslində bu bizə lazım deyilmiş. Bu gərəksiz arzularla baş verir. Çünki qəlbimizin dərinliyində bunun bizə lazım olmadığını hiss edirik.
Əsil arzular zamanla itmir və öz gücünü qoruyub saxlayır. Onlar böyük ehtimalla reallaşır. 
Arzunun arzu olaraq da qalmasının daha bir səbəbi onun reallaşacığına inancın olmamasıdır. Əgər insan arzusunun həyata keçə biləcəyi reallığına inanmasa o zaman arzu da həyata keçmir. 
 
Təkcə inanmaq kifayət etmir. Arzunun arxasınca getmək lazımdır. Kainat bizə mütləq istifadə etməli olduğumuz bir çox şanslar göndərir. Bu istənilən şey olar bilər. Kimləsə görüş, başqa şəhərə səfər, kitab oxumaq və s. Yaranan imkandan istifadə etmək elə arzunun həyata keçməsidir. Biz bunu öz əllərimizlə yaradırıq.
 
İstənilən yaşda arzular həyata keçir və möcüzələr baş verir. Bunun üçün pozitiv düşünmək, düzgün arzulamaq, onun həyata keçəcəyinə inanmaq və həyata keçməsi üçün çalışmaq lazımdır. Bunu istənilən insan edə bilər. Siz də azularınızı reallığa doğru aparın.
 
 
Tərcümə etdi: Məhbubə Gülməmmədova
 

ŞƏRH YAZIN