Yalnız Təsir Edə Biləcəyiniz Şeylər Barədə Düşünmək Əhəmiyyətlidir.

0
2345
Yalnız Təsir Edə Biləcəyiniz Şeylər Barədə Düşünmək Əhəmiyyətlidir.

Gündəlik qayğılardan və işlərdən yorulduğunuzu hiss edirsiniz? İnsanların həll etməyə məcbur olduğu real problemlərdən başqa  haqqında düşünərək yalnız beynini yüklədiyi və bilmədən özünə zərər verdiyi müəyyən düşüncə tərzi və fikirləri var.
 
Sizin hansısa qorxularınız, qayğılarınız və ya problemləriniz var? Onda özünüzə sual verin. Bu işlərdən məhz hansına siz həqiqətən təsir edə bilərsiniz? Çünki məhz məşğul olmalı olduğunuz işlər - təsir edə biləcəyiniz, dəyişdirə biləyəcəyiniz və ya həll edə biləcəyiniz işlərdir. Əgər gedişatına təsir edə bilməyəcəyiniz proseslər varsa o zaman onlar haqda düşünməyi buraxın. Çünki onlar haqda yalnız düşünmək heçnəyi dəyişdirməyəcək. Bu özünüzə əlavə və lazımsız fikirlərlə əziyyət verməkdən başqa bir şey deyil. Yaxşı olardı ki, təsir edə biləcəyiniz işlər, gedişatında müəyyən rol oynaya biləcəyiniz məsələlər ilə məşğul olasınız. Sizə tabe olmayan digər işləri isə öz diqqətinizdən məhrum edin. Onlar sizdən asılı olmadan inkişaf edəcək. Və necə düşünməyinizdən asılı olmayaraq baş verməli olan baş verəcək.
 
 
Nəyi düşündüyünüz önəmli deyil, nəyə təsir edə biləcəyiniz önəmlidir. Təbii ki, burada əməllər böyük rol oynayır. Axı təkcə düşünməklə siz tapşırığı həll edə bilməzsiniz. Təsir edə biləcəiyiniz məsələlərin həllini planlayın və yalnız bundan sonra qoyulmuş məsələnin praktiki həllinə keçin.
 
Əlavə olaraq onu da qeyd edək ki, " əgər belə olsaydı, kaş ki, belə olsaydı" kimi düşüncələr də həmçinin boşuna zaman itkisidir və beyninizi lazımsız fikirlərlə doldurur. Heçbir ehtimal, fərziyyə və ya təxmin lazım deyil. Sadəcə real düşünməyə başlayın və bu fikirlərdən məhz hansıların praktikada azru olunan nəticələri qazandıra biləcəyini izləyin. 
 
 
Tərcümə etdi : Məhbubə Gülməmmədova

ŞƏRH YAZIN