Yaşam Koçundan Tövsiyyələr

0
1225
Yaşam Koçundan Tövsiyyələr

Yaşam koçluğu, fərdi hədəflərinə çatmaqlarında onlara bir yol xəritəsi təqdim edər. Öz sahələrində müvəffəqiyyətli olmuş minlərlə insanın, həyatları ərzində qazandıqları təcrübələri digər insanlara öyrədərlər. Bu təcrübələrin ortaq cəhətlərini araşdırar və fərdlərin istifadə edə biləcəyi strategiyalar halına gətirər. Yaşam koçlarının insanlar üçün bir neçə tövsiyyələrini sizə misal olaraq verək:

Standartlarınız həmişə yüksək olsun.
 
Hər gün etmək üçün can atacağınız kiçik də olsa layihələr inkişaf etdirin.
 
Yeni bir şey istəyirsinizsə, əvvəlcə köhnələrdən xilas olun. Məsələn, yeni geyimlər istəyirsinizsə, qarderobunuzdan köhnələri atın.
 
Həyatınızdakı dağınıqlıqdan xilas olun. Dağınıqlıqdan xilas olmaq insanı rahatladar.Bir həftə ərzində, hər gün yarım saatınızı atılacaq şeyləri yığışdırmağa ayırın.
 
Həyatınızı sadələşdirin. Zamanınızı və enerjinizi daha vacib yerlərə sərf edin. 
 
Xərclərinizi azaldın və borclarınızı ödəyin.
 
Etməkdən zövq aldığınız şeyləri etmək üçün özünüzə bir gün ayırın.
 
Üzr istəyin. Etdiyiniz səhvləri düzəldin və ən əsası özünüzü bağışlayın.
 
Sevdiklərinizə hədiyyələr verin.
 
Sizin üçün yaxşı şeylər edən insanlara təşəkkür edin.
 
Xəyallarınızı və dəyərlərinizi sıralayın.
 
Telefonla danışıqlara son verin. Danışıqlarınız 10 dəqiqədən artıq olmasın.
 
Dedi-qoduya son verin. Hər şeyinizi danışmayın. İnsanları dinləyin.
 
İnsanları dəyişdirməyə çalışmaqdan imtina edin. 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN