Udemy online video kurslar ilə pul qazanmaq

0
2580
Udemy online video kurslar ilə pul qazanmaq

Udemy, uzaqdan təhsil saytıdır və online video kurslar ilə təşəbbüskarlara pul qazandırmağa davam edir.
 
Udemy, iki türk təşəbbüskarın 2009-cu ildə ABŞ-dan aldıqları investisiya ilə qurduqları və hal-hazırda milyon dollar dəyəri olan bir saytdır. Udemy, hem öyrənmək istəyənlərə həm də öyrətmək istəyənlərə fürsət yaradan bir təhsil saytıdır. Udemy’də öz sahəsində təhsil verə biləcək qədər biliyi olan hər kəs online video kurslar yayımlayaraq pul qazana bilər.
 
Udemy’də təhsil almaq
Hazırda, Udemy 12 milyondan çox insana 40 mindən çox kursda istifadə olunan cihazlar vasitəsilə təhsil verir. Saytda ödənişli kurslarla yanaşı, ödənişsiz kursların da olduğunu bilməlisiniz. Ödənişsiz təhsil almağınız bir az çətin olsa da, 19 dollardan başlayaraq bir çox müxtəlif sahədə təhsil alar və təhsil aldığınız sahədə böyük  işlər görə bilərsiniz.
 
Udemy’də ən çox hansı sahələrdə təhsil verilir?
Daha çox texnologiya ilə bağlı sahələrdə təhsil verilir. Oyun dizayn etmə, proqramlaşdırma, xakerlik, android və ya ios tətbiq təkmilləşdirmə, 3D modelləmə və s.. Bundan əlavə saytda dil kursları, satış texnikaları, fotoqrafiya, musiqi və bir çox sahələrdə müxtəlif kurslar mövcuddur. 
 
Saytda necə müəllim ola bilərsiniz?
Əvvəlcə, sayhtın böyük bir hissəsinin İngilis dilində olduğunu bilməlisiniz. Ancaq, türk dilində də dərs izah edə bilərsiniz. Bundan sonra dərs verə biləcəyiniz mövzuları müəyyənləşdirib, saytda bu mövzunu araşdırıb nə qədər insanın iştirak etdiyini öyrənə bilərsiniz. 190 ölkədə 20 mindən çox müəllimin bu işi gördüyünü unutmayın, özünüzə inanın.
 
Daha sonra ödənişsiz dərslər vermək surətiylə özünüzə dinləyici kütləsi qazana və yolunuza bu şəkildə davam edə bilərsiniz və yaxud sadəcə ilk dərsinizi ödənişsiz edə bilərsiniz. Bu saytda, müəllimlərin çox yaxşı qazandıqlarını bilməlisiniz. Təbii ki, sizin uğurunuz, biliyinizi çatdırmaq bacarığınızdan çox aslıdır. Bundan əlavə, kifayət qədər tanındıqdan sonra başqa bir web sayt açaraq və reklam alaraq işinizi yüksəldə bilərsiniz. Hər zaman dediyim kimi gibi hər şey sizin fəaliyyətinizdən aslıdır, biz sadəcə yol göstərənik.
 
Udemy necə təhsil verir?
Sayta daxil olub sahənizi müəyyən etdikdən sonra bir məqalə yazmalısınız. Məzmun qədər satışın da əhəmiyyətli olduğunu unutmayın. Videonu çəkməmişdən əvvəl verəcəyiniz məlumatlardan bir mətn hazırlasanız işiniz asanlaşacaqdır. Texniki işləri mükəmməl etməlisiniz, səs və görüntüdə problem  olarsa, bu izləyici kütlənizi azaldacaqdır.
 
Udemy’də qazanılan pulun faiz nisbəti necə olur?
Bir tələbə birbaşa saytdan sizin dərsinizi taparsa, 50% siz 50% Udemy qazanır. Tələbə reklam və promoşn elanıyla dərsə qatılarsa 97% müəllim qazanır. Bu da sizə verdiyiniz dərsin reklamını etmək üçün fürsət təmin edər. Xarici partniyor vasitəsilə kurs təşkil edilərsə, 50% ortaq, 25% müəllim, 25% də Udemy qazanır.
 
Daha ətraflı məlumat üçün Udemy saytında ortaqlıq proqramlarını oxuya bilərsiniz.
 
Saytın uğurları haqqında
Udemy vasitəsi ilə bir çox müəllim online video kurslar yayımlayaraq pul qazanmağa davam edir. Məsələn, David Travis təhsil videoları ilə 76 ölkədə 185.000$ gəlir əldə etdi. Eyni yolla, Nick Walter iPhone tətbiqlərindən bəhs edən videoları ilə sadəcə ilk ay 66.000 dollar qazandı. Bu şəkildə bir çox insane, müxtəlif təhsil videoları ilə Udemy’də internet vasitəsi ilə pul qazanmağa davam edir. Nəyə görə, siz də onlardan biri olmayasınız?
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov
 
 

ŞƏRH YAZIN