Youtubdan pul qazanmağın yolları

0
1833
Youtubdan pul qazanmağın yolları

Yaşadığımız dövrdə artıqlamasıyla pul qazanmaq heç də asan deyil. İş tapmaq nə qədər çətindirsə, o işdən istənilən pulu qazanmaq da bir o qədər çətindir. İnkişaf edən texnologiya və həyat şərtləri, insanların təlabatlarının da artmasına və dəyişməsinə səbəb olmuşdur. Buna görə də insanlar, daha çox pul qazanmaq üçün əlavə iş yerləri axtarırlar. Artıq qazanc əldə etmək istəyən insanların, müraciət etdiyi yeni üsullardan bəziləri Facebook, İnstagram və Youtube kimi sosial şəbəkə saytlarıdır.

Bu sosial şəbəkələrdən ilki və ən çox müraciət ediləni isə Youtubdur. Youtubdan pul qazanmaq, xüsusilə gənclərin daha çox müraciət etdiyi bir üsuldur. Bəzi Youtub kanalı sahibləri (youtuberlər), Youtuba video yükləyərək qazanc götürmə  işini özlərinə peşə etmiş və yüksək qazanclar əldə etmişdirlər.
 
Youtubdan pul qazanmaq üçün nə etmək lazımdır?
Youtubdan qazanc götürmək üçün ilk addım, Youtubda özünüzə aid bir hesab açmaqdır. Pul qazanmaq üçün özünüzə aid orijinal videolar paylaşmağınız və bu videolar izləndikdə reklam gəlirlərindən pay əldə etməyiniz üçün Youtub ortaqlığını aktivləşdirməyiniz lazımdır. Bu ortaqlıq, Google tərəfindən videolarınıza reklam yerləştirilməsinə icazə vermək şərti ilə reallaşır. Hesabınızı aktivləşdirdikdən sonra parametrlər bölməsindən “videolardan pul qazan”ı işarələməlisiniz. Ancaq diqqət edəcəyiniz ən mühüm məsələ, yükləyəcəyiniz videoların marağa səbəb olan və baxımlı mövzulardan seçilməsi və müəlliflik hüququnu pozan mövzu və adları ehtiva etməməsidir. Müəlliflik hüququna zidd olan videolar yayımdan çıxarılacaq və pul qazandırmayacaqdır. Videolar göstəriləndə videonun başlanğıcında ya da içərsində çıxan reklamlar, izləyicilər tərəfindən tıklandığında pul qazanmış olursunuz. Kanalınızın abunəçi sayı artdıqca izlənmə faizi və reklam tıklama miqdarı da artacaqdır.
 
Qazandığım pulları necə ala bilərəm?
İzlənən videolarınızdan qazanc götürmə işinin uğurla nəticələnməsi üçün, əvvəlcə Adsense hesabınızı Youtube kanalınız ilə əlaqələndirməlisiniz. Bu əməliyyatı hesabınızda olan Adsense əlaqəsi səhifəsindən edə bilərsiniz. Qazandığınız pulu ala bilmək üçün hesabınızdakı pulun ən azı 100 dollar olması şərtdir. Hər ay ödəniş edilir və əgər 100 dollar limiti əldə olunmazsa, balansınız bir sonrakı aya dövr edilir. Qazanılan puların artması sizin yüklədiyiniz videoların nə qədər orijinal, nə qədər diqqət çəkici və nə qədər keyfiyyətli olduğu ilə bağlıdır. Həmçinin, kanal abunəçilərinizin gündən-günə artması və bunun sayəsində də izlənmə və reklam tıklanma sayının da artması vacibdir. Yığılan balansınız 100 dollar baryerini keçdikdə qazandığınız məbləği, Google Adsense hesabınıza bank hesabınızı daxil edərək ala bilərsiniz. Bu qaydada məbləğ, yazdığınız bank hesabınıza göndəriləcək və siz də gedib bankdan pulunuzu ala biləcəksiniz.
 
Tərcümə etdi: Rəşadət Hidayətov

ŞƏRH YAZIN