Tomas Edison deyir ki ...

0
3565
Tomas Edison deyir ki ...

Düşünmək çətindir? Bu yazımızda fərdi inkişaf hekayəsi düşünmək və ya fərqli düşünmənin əhəmiyyətini və düşünməyin altında yatan incə nöqtəni başa salır.
 
Kristof Kolumb, bir axşam vaxtı, İspanların arasında yemək yeyirdi. Yeməkdə olan qonaqlardan bir çoxu, Kolumbun şöhrətini aşağı görürdülər.
 
Yemək arasında söz Amerikanın kəşfindən açılınca, içlərindən biri, yüksək səslə:
 
"Oraları kəşf etmək çətin bir iş deyil" dedi.
 
Kolumb, bu sözə qarşılıq bir şey demədən əlinə bir yumurta aldı və stolun yanında oturanlara dönərək:
 
"İçinizdən hansınız bu yumurtanı dik olaraq tarazlıqda saxlaya bilər"? deyə soruşdu.
 
Hər kəs bunu yoxladı, amma heç biri bacara bilmədi.O zaman Kristof Kolumb yumurtanı aldı, ucunu boşqabın üstünə yüngülcə vuraraq yasdılaşdırdı və yastı hissəsini boşqaba qoydu. Əlini yumurtadan çəkdiyi halda, yumurta dik vəziyyətdə tarazlıqda dayanmışdı.
 
Hamısı qışqıraraq:
 
"Bu çətin bir iş deyil ki"! dedilər.
 
Kolumb gülərək:
 
"Doğru" dedi.
 
"Bu çətin bir iş deyil. Çətin olan, bunu düşünməkdir"!

 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN