Dörd Fəsli Görmək

0
5110
Dörd Fəsli Görmək

Bir zamanlar dörd oğulu olan bir insan  varmiş . Uşaqlarının çox  tez  qərar verməməkləri  və mühakiməli olmamaqları üçün onları bu mövzuda öyrətmək istəmiş.  

 
Beləcə hər birini uzaq bir yerdə duran ağacın yanına gedib  ona baxmalarını istəmiş.İlk oğlan qışda getmiş,ikincisi yazda ,üçüncüsü yayda,dördüncüsü payızda. Geri qayıtdıqlarında hamısını bir yerə çağırıb  və nə gördüklərini soruşub. 
 
İlk oğlan ağacın çox çirkin, qoca və  qup-quru olduğunu deyir. 
 
İkinci oğlan, "xeyir yaşıllıqlarla dolu idi və canli idi" deyir.
 
Üçüncü oğlan  başqa fikirdə imiş . "Çiçəkləri var idi və ətri ilə görünüşü ilə o qədər möhtəşəm idiki daha əvvəl belə  bir şey görməmişdim"  deyib . 
 
Axırıncı oğlan hamısının haqsız olduğunu və ağacın meyvələrlə dolu canlı və  həyat dolu olduğunu qeyd edib .
 
Yaşlı adam oğullarına hər birinin düz olduğunu  söyləyib . Çünkü hamısı fərqli fəsillərdə  ağacı görməyə getmişdi.
Onlara bir ağacı və ya bir insanı , az bir vaxtda  və ya fərqli fəsili tanıdıqdan sonra mühakimə edə bilməyəcəklərini  izah etməyə çalışıb.
Ya da nəyəsə sahib olub olmamaqlarını ....
 
Bu sözlərlə nəsihətini tamamlayıb .
 
Həqiqətləri ancaq sonunda  dörd fəsili gördükdən sonra   görərsiniz . Əgər qışdan imtina etsən yazın nemətindən məhrum olarsan  yayın gözəlliyindən  və payızın bütövlüyündən də həmçinin . Bir fəsilin digər gözəl fəsilləri parçalamağına icazə verməyin .
 
Həyatınızı bir fəsil ucbatından mühakimə etməyin .
Unutmayın ki  qabaqda bu andakı  vaxtınızı  axtara bilərsiniz və ya daha da gözəl  günlər də yaşaya bilərsiniz.  

 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN