Dülgərin Görmədiyi İş Onu Peşman Etdi

0
8899
Dülgərin Görmədiyi İş Onu Peşman Etdi

Yaşlı bir dülgərin təqaüdə çıxma vaxtı gəlmişdi. Müdirinə işdən ayrılaraq artıq ailəsi və nəvələriylə zaman keçirmək istədiyini söylədi.

Bunun qarşılığında müdiri dülgərdən son bir istəyi olduğunu və ondan son dəfə bir ev tikməsini  söylədi.
 
Dülgər qəbul edib, işə girişdi. Lakin qəlbi artıq işdə olmadığı üçün keyfiyyətsiz vəsaitlərdən istifadə edərək  qeyri-peşəkarlıqla evi bitirdi. İşini bitirdiyində müdir evi gözdən keçirmək üçün gəlir. Çöl qapının açarını dülgərə uzadaraq: - "Bu ev sənin" deyir -  "sənə məndən hədiyyə".
 
Dülgər şoka düşür . “Bu necə ola bilər?” - deyə düşünür.
 
Bu son deyə bir an əvvəl bitirmək üçün tikdiyi evin özünə aid olduğunu bildikdə çox utanır.
 
“Bu evin öz evim olduğunu bilsəydim heç belə edərdim mi?” - deyə düşünür və o anda etdiyi səhvi anlayırdı.
 
Bir başqası üçün hazırladığı iş əslində özünün istifadə edəcəyi standartların çox aşağısında idi.
 
Bəli öz həyatınızda da dülgər sizsiniz. Hər gün bir mismar vurub, bir taxta qoyar ya da bir divar tikərsiniz.
 
Həyat bir "özün et" dizaynıdır. Başqaları üçün etdiyinizi düşündüyünüz müsbət ya da mənfi hər şey sizin öz evinizi inşa edər. Oturduğunuz evin gözəlliyi də, çirkinliyi də sizin əsərinizdir.
 
 
Tərcümə etdi: Aytən İsmayılova

ŞƏRH YAZIN