Məhkəmə salonu bomboş görünürdü. Maraqlı bir dava olmadığı üçün salonda o qədər də izləyici yox idi.Yenə boşanma işi!Hakim başını qaldıraraq hər iki tərəfə diqqətlə baxdı və hər ikisinin yaşı 70-i ötürdü.Təəccüblü bir halda soruşdu:
- Boşanmaq istəyirsiniz?
Yaşlı qadının gözləri dolmuşdu və inildəyə-inildəyə öz hekayəsini danışmağa başladı.
- Bu gördüyünüz adamla 50 il öncə evləndik! İlk il dönümümüzdə mənə sədəf çiçəklərindeən ibarət bir buket verdi.Onları o qədər sevib əzizlədim ki,yarpaqlarından yeni sədəf çiçəkləri yetişdirdim.Zamanla sayca çoxaldılar.Övladım da olmadığı üçün bütün sevgimi onlara yönəltmişdim.Hətta onlara ad belə vermişdim.(gözlərini sildi)Hər gün sədəf çiçəklərimi sulayır,torpağını havalandırır,sevib oxşayır və onlarla danışırdım.Bir gün baxdım ki,yarpaqları saralıb solmağa başlayıb.Yoldaşım da bağbandır.Çiçəklərimin nə səbəbə görə belə saralıb solduğunu soruşdum.
Mənə dedi:
- Sədəf çiçəkləri gündüz yox,gecə yarısından sonra suladim.Bunu eşitdiyim andan bəri xəstəlikdə və sağlıqda,istidə və soyuqda tam 50 il idi ki,hər gecə səhərə yaxın saat 2-də yerimdən qalxaraq övladlarını əmizdirən ana həssaslığı ilə sədəf çiçəklərimi suladım.Bu mənim yoldaşım olan adam heç demədi ki:
- Bir gecə də mən oyanım,yoldaşıma köməyim toxunsun.Heç bir xeyirini görmədim.
Hakim dedi:
- Yaxşı,nənə,bəs boşanmaq üçün bu qədər müddəti niyə gözlədin?
Yaşlı qadın gözlərinin yaşını silərək dedi:
- Övladım,bizə öyrədiblər ki,ailə müqəddəsdir.Boşanmaq üçün bıçağın sümüyə dirənməyi lazımdır!
Hakim gülümsəyərək dedi:
- Başa düşürəm,yaxşı,bəs bıçaq nə zaman sümüyə dirəndi?
Yaşlı qadın dedi:
- Bir neçə gün əvvəl!Yorğunluqdan,bəlkə də yaşlılıqdan həmin gecə oyana bilməmişəm.Çiçəklərimi sulaya bilmədiyim üçün susuzluqdan saralıb soldular.Yoldaşım olan bu adam məni yuxudan oyandıraraq köməklik etsəydi,bunlar heç biri olmayacaqdı.Amma yox!O qədər laqeyd adamdır ki,oyansa belə sırf mənə yardımçı olmamaq üçün oyandırmamışdı.Bu adamla bir dəqiqə belə evli qala bilmərəm,xahiş edirəm,bizi boşayın!
Qadın susdu.Gözlərini təkrarən sildi.Gənc hakim üzünü yaşlı adama tutaraq dedi:
- Həyat yoldaşınızı eşitdiz,söyləyəcək bir sözünüz varmı?
Yaşlı adam yoldaşı tərərfindən günahlandırırldığını görərək danışmağa başladı:
- Ayişəmi tanıyan zaman əsgərlikdə bağban olaraq çalışırdım.Ona sədəf çiçəklərindən ibarət bir buket verdim.Bir-birimizi dəlicəsinə sevərək evləndik.Evliliyimizin ilk illərində boyun ağrısından əziyyət çəkdiyi üçün onu həkimə aparmışdım.Həkim boyun kirəclənməsi dioqnozu qoydu.Uzun müddət yataqda qalarsa,vəziyyətinin daha da pisləşəcəyini və bu səbəbə görə də hər gecə qalxıb gəzməli olduğunu məsləhət gördü.Ancaq xanımım inadcıl olduğu üçün həkimi belə dinləmədi.Aramızda belə mübahisə olduğu zaman ağlıma bir fikir gəldi.Onları gecə yarısından sonra sulacaqlarını söylədim.Ancaq Ayşəmin yuxusu ağırdır.Elə buna görə də illərdir ki,saat 2-ə qədər yata bilmirdim Müxtəlif yollarla onu oyatmağa çalışırdım.Sevdiyim qadını hər gecə övladı kimi sevdiyi çiçəkləri suladığı zaman gizlincə seyr etdim.Amma artıq yaşlanmışam,keçən gecə oyana bilməmişəm.Özüm oyana bilmədiyim üçün Ayişəmi də oyada bilməmişəm.Çiçəklər susuz qaldı.Buna görə də taqsırkar hesab edilirəm.Dünyada hər şeydən çox sevdiyim qadın buna görə məndən boşanmaq istəyir.
Yaşlı qadın yoldaşına baxdı,hıçqıraraq ağlamağa başladı və dedi:
- Necə də yanılmışam!
Yoldaşına tərəf gedərək onu qucaqladı.
Gənc hakim:
- Hər şey göründüyü və düşünüldüyü kimi deyildir.Hər bir kəs həyata görmək istədiyi tərəfdən baxır və öz istədiyi kimi şərh edir:
Dava ləğv edildi.Gözlərindən iki damla yaş axırdı.Bəzilərinin dəyəri nə olursa olsun azalmaz!
Tərcümə edən:Nəzrin Məmmədova