Kənar Məhəllə Uşaqlarını Dəyişdirə Biləcək Tək Güc

0
2862
Kənar Məhəllə Uşaqlarını Dəyişdirə Biləcək Tək Güc

Bir professor sosiologiya qrupunun tələbələrini  Balitmor şəhərinin kənar məhəllələrinə göndərmiş və bu bölgədə yaşayan 200 oğlan uşağının vəziyyətini  araşdırmalarını və hər bir uşağın gələcəyi  haqqında bir dəyərləndirmə etmələrini istəmişdi.Tələbələr hamısı həmin anda bu uşaqların gələcəkdə heç bir şanslarının olmadığını dilə gətirmişdi.
 
Bu hadisədən 25 il sonra  başqa bir sosilogiya professoru təsadüfən həmin çalışmanı tapdı və tələbələrindən bu layihəni həll etmələrini,nə olduğunu araşdırmalarını istədi.Tələbələr həmin bölgədən yaşayan uşaqlar xaricində 180  nəfərdən 176-sının qeyri-adi bacarığa sahib olduğunu və onların içərisindən  müxtəlif peşə adamları çıxdığını sübut etdilər.
Professor bu posesi izləməyə qərar verdi və uşaqların hamısı eyni bir bölgədə yaşadığı üçün hər biri ilə görüşmək şansı oldu.Belə bir vəziyyətdə bu qədər uğuru necə qazandıqlarını soruşan zaman hər kəsin cavabı eyni idi:"Məhəllə məktəbindən  bir müəllimin sayəsində."
 
Bu müəllim professorda böyük bir maraq doğurdu . Həmin müəllimin yaşadığı evə qədər gedib ona baş çəkdi və ondan bu uşaqları kənar məhəllələrdən bir araya toplayıb uğurlu gələcək üçün onlara necə yardım etdiyini və bütün bunları necə bacardığını soruşdu.Yaşlı qadının gözləri parıladı,dodaqlarının kənarında bir gülümsəmə yarandı və dedi:
- Çox asan. Mən həmin uşaqları çox sevdim.
       
 
Tərcümə edən:Nəzrin Məmmədova

ŞƏRH YAZIN