Napoleondan Yaşayaraq Öyrənmə Dərsi

0
29035
Napoleondan Yaşayaraq Öyrənmə Dərsi

Bir gün Napoleon düşmən əsgərlərindən qaçarkən, bir baqqala girib sahibdən dərhal özünü gizlətməyini əmr edir. O da Napoleonu uyğun bir yerə gizlədib, bir az sonra gələn düşmənlərə də:

-“Az əvvəl biri qaçaraq bu tərəfə keçdi” - deyib aldadır.
 
Nəhayət  Napoleonun gözətçiləri gəlir...
 
Baqqal ömründə bir daha qarşılaşmayacağı Napoleondan soruşur:
 
-“Bağışlayın, amma maraqlı gəldi, ölümlə bu cür burun-buruna gəlmək necə bir hissdir? '
 
Napoleon birdən hirslənir:
 
-“Sən kim olursan ki, mənimlə belə danışmağa cürət edirsən?” – Deyə qışqırır. Dərhal əsgərlərinə  adamı güllələməyi əmr edir, əsgərlər baqqalın gözünü bağlayıb, qarşısına düzülürlər.
 
Hər şey hazırdır, artıq “atəş” əmri veriləcək...
 
Adam içindən:
 
-“Ah, Nə etdin sən? İndi ölüb gedəcəksən” deyə düşünərkən, arxadan bir cüt əl uzanır, gözündəki bağı açır. 
 
Qarşısında Napoleon dayanıb, tək cümlə ilə cavablandırır:
 
-Bax, belə bir duyğu!
 
Yaşayaraq öyrənmək, əvəzi olmayan və ən yüksək öyrənmə formasıdır ..
 
 
Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN