Baxmaqla Görmək Arasındakı Fərqi Bu Uşaqdan Öyrənin.

0
4454
Baxmaqla Görmək Arasındakı Fərqi Bu Uşaqdan Öyrənin.

Oradan baxdığın zaman nəyi görə bilirsən?

Daxilimi? zahirimi? xarakterimi? hisslərimi? nifrətimi? dəyərimi? şəklimi? xəyalımı? rəngimi?

Bir nəfər ilk dəfə ayaq basdığı bir qəsəbədə gedəcəyi –nəzərdə tutduğu yeri tapmağa çalışır.Həmin adam yolun kənarında dayanan bir maşına yaxınlaşır və orada tək-tənha bir uşağın maşının arxa oturacağına qısıldığını görür.Uşağa yaxınlaşaraq soruşur:

- Mən buralarda qəribəm… Parkın yaxınlığındakı təndirxananı axtarıram,dedilər ki,buraya çox yaxındır…?

Uşaq maşının pəncərəsini tam açdıqdan sonra deyir:

- Mən də buraya ilk dəfədir ki,gəlirəm.Amma hər halda sağ tərəfə getməlisiniz.

Həmin adam uşağın da buralarda qərib olmasına baxmayaraq,bunu necə anladığını soruşur.Uşaq deyir:

- Cökə ağacının çiçəklərinin ətrini hiss etmirsiniz? Quşların cəh-cəhi də oradan gəlir.

Adam deyir:

- Yaxşı,amma bunların bütöv bir parkdan deyil,tək bir ağacdan gəlmədiyini haradan bilirsən?

Tək bir ağacdan bu qədər kəskin qoxu gəlməz.Bir az da dərindən nəfəs alsanız,təndirdən təzəcə çıxmış çörəklərin ətrini hiss edəcəksiniz.Həmin adam gözlərini xəfifcə qıyaraq deyiləni təkrar etdikdən sonra təşəkkür   etmək üçün geri dönür və bu zaman uşağın kor olduğunun fərqinə varır.

Uşaq danışdığı zaman sözlərini yarımçıq qoyan adamın bunu hiss etdiyini anlayır və işığa həsrət qalmış gözlərini ondan saxlamağa çalışaraq deyir:

- Üç il əvvəl bir qəzada görmə qabiliyyətimi itirdim.

Həmin adam uşağın  tərif etdiyi yerə  gəlir  və deyir:

- Artıq əmin deyiləm.Əmin olduğum tək bir şey var ki,o da sənin məndən yaxşı gördüyündür. 

 

Bir alman zooloqu necə əmələ gəldiyini anlamaq üçün bir sərçə yuvasını dağıtmışdı.Bunun hazırlanması üçün lazım olan məmulatları saydığı zaman belə bir nəticə ilə üzləşdi;630 uzun at tükü,1715 daha qısa tük,bir parça tül,3yonca yarpağı,müxtəlif çeşiddə və ölçüdə olan 20 başqa yarpaq,45 iplik və 35 qr qoyun yunu var idi.Bütün bu məmulatlar,həm sağlam və həm də yumşaq olan kiçik quş yuvasında bir araya gəlmişdi.

Bir kilo bal;30 min arı,6 milyon çiçək,20 min km uçuş deməkdir.

Bir dilim quru çörək belə eynilə…İnsan bir az diqqətlə baxsa,orada əkilən bir tarlanı,biçilən zəmiləri,yağan yağışı,qarı,dəyirmanı,təndiri görüb hamısını bir-bir seyr edər.

 

Baxmaq və görmək

Baxmaq şahidliyi,görmək dərinliyi ifadə edir…

Baxmaq sadəcə gözlə olur,görmək isə ağıl,qəlb və gözün bir arada çalışması ilə həyata keçir.

Baxmaq gözün hərəkəti,görmək isə bir şüur fəaliyyətidir.

Baxmaq daha çox tanımaqla,görmək bir şeyi dərk edib qavramaqla həyata keçir.

Nəyəsə baxdığımız zaman onu sadəcə izləyə bilirik,gördüyümüz zaman isə bir qərara gəlirik.

Baxmağın üst səviyyəsi tanımaq,gülməyin isə yaşamaqdır.

Baxan insan həmin şey barədə danışır,ancaq görən insan onu şərh edir.

Baxdığımız zaman kənardan tuturuq,ancaq gördüyümüz zaman iki əlimizlə yapışırıq.

Baxdığımız anda sevir,gördüyümüz anda heyran oluruq.

 

Göstərdim…gördü mənasını verməz…

Söylədim…eşitdi mənasını verməz…

Başa düşdüsə,haqq qazandırdı mənasını verməz.

İnandı…həyata keçirdi mənasını verməz…

Həyata keçirdi…davam edəcək mənasını verməz.

 

 

Tərcümə edən:Nəzrin Məmmədova

 

ŞƏRH YAZIN