Həyatı Təxirə Salmayın!

0
3213
Həyatı Təxirə Salmayın!

Həyatın mənasını və edilməsi lazım olanın mütləq edilməsinin əhəmiyyətini izah edən bu şəxsi inkişaf hekayəsi sizi bəhanələrdən qurtaracaq. 

 
Kiçik bir qəsəbənin dörd ayrı məhəlləsi varmış.
 
Birinci məhəllədə bəli ammalar yaşayırmış.Bəliammalar nə edilməsi lazım olduğunu bildiklərini düşünürlərmiş. Etmə vaxtı gələndə isə "bəli, amma" deyə cavab verərlərmiş.Cavabları isə həmişə səhv olarmış.Günahı başqalarına atmaqda da ustaymışlar.
 
İkinci məhəllədə Eləyəcəmlər yaşarmış. Nə edəcəklərini bilirmişlər.Özlərini edəcəkləri şeyə addım-addım hazırlayırmışlar, amma edəcəkləri sırada şanslarını itirdiklərinin fərqinə vararlarmış. Bu məhəllədə insanların dizləri döyülməkdən yara içindəymiş. Həyatı təxirə salmamaq üçün verdikləri qərarı belə təxirə salarmışlar.
 
Üçüncü məhəllədə yaşayan Kaşkilərin, həyatı dərk etmə gücləri mükəmməl imiş. Nəyin edilməsi lazım olduğunu həmişə ən məqsədə uyğun şəkildə bilərmişlər amma, hər şey olub bitdikdən sonra. Kaşkilərin də başları həmişə dərk edərmiş amma divarlara vurmaqdan!
 
Qəsəbənin ən yaşıllıq olan bölgəsində, ən gözəl evlərin olduğu məhəllədə isə Yaxşı ki etdimlər otururmuş. Kaşkilər bu məhəllədə gəzintiyə çıxar, ətrafa heyranlıqla baxarmışlar.Eləyəcəyəmlər Kaşkilərlə birlikdə bu məhəllədə gəzintiyə çıxmaq istəyər, amma heç cür fürsət tapa bilməzdilər.Bəliammalar isə məhəllənin gözəlliyini görmək yerinə, ağacların kölgələrinin kifayət qədər geniş olmadığından, günəşin daha erkən saatda doğulması lazım olduğundan şikayət edərləmiş.
 
Yaxşı ki etdim məhəlləsindəki insanların qüsuru da, beyinlərində bəhanə çıxarma mərkəzlərinin olmaması idi !
 
 
 
TƏRCÜMƏ ETDİ KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN