Özünü Bəyənən İnsanlara Verilən Ən Təsirli Reaksiyalar

0
1782
Özünü Bəyənən İnsanlara Verilən Ən Təsirli Reaksiyalar

İndi oxuyacaqlarınız insanların nə qədər dərin düşüncəli olduğunun bir göstəricisidir. Çünki anında və təsirli bir cavabla qarşısındakına cavab verə bilmək zəka istəyir.

Bu oxuyacağınız hekayələr bir lətifə deyil, illərlə davam edən ideologiyaların, təcrübələrin vermiş olduğu bir reaksiyadır. Tarixdə elə suallara elə cavablar verilmiş, elə dialoqlar yaşanmışdır ki, dəfələrlə oxunsa belə fərqli-fərqli mənalar çıxarmaq mümkündür. Budur, tarixdə verilmiş 6 mükəmməl dərs.

 
1. Məhəmməd Əlinin CNN müxbirinə cavabı...
Amerikadakı qoşa qüllə binalarına hücumundan sonra Məhəmməd Əli ilə CNN müxbiri arasında keçən unudulmaz dialoq:
CNN müxbiri: "Hörmətli Məhəmməd Əli, bu dəhşətin meydana gəlməsinə səbəb olan terroristlərlə eyni dinin bir mənsub olaraq nə hiss edirsiniz? "
Məhəmməd Əli: "Siz, Hitler ilə eyni dinə mənsub olaraq nələr hiss ediyinizin eynisini."
 
 
2. Gizli milyonerin pul ovçusu olan gənc qıza cavabı...
Dünyanın ən böyük maliyyə şirkətlərindən bir CEO-nun, zəngin ər ovçusu bir qıza məşhur iş adamları forumu üzərindən verdiyi tarixi cavab.
Bu dialoq dünya səviyyəsində məşhur olmuş və bir çox dilə çevrilərək fərqli ölkələrdə paylaşılmışdır.
Bir qadın məşhur bir forumda aşağıdakı sualını soruşur:
Mövzu Başlığı: Zəngin biriylə evlənmək üçün nə etməliyəm? "
Sizinlə dürüst olacağam ... Bu il 25 yaşım olacaq. Çox gözələm, yaxşı bir stilim var və keyfiyyətli şeyləri xoşlayıram. İllik gəliri ən az beş yüz min dollar və ya daha çox olan bir adamla evlənmək istəyirəm. Acgözl olduğumu düşünə bilərsiniz lakin Nyu-Yorkda illik gəliri 1 milyon dollar olan insanlar təəssüf ki, orta təbəqə sayılır.Çox şey istəmirəm. Sizin saytınızda illik gəliri beş yüz min dollar və ya daha çox olan biri varmı? Hamınız evlisiniz? Soruşmaq istəyirəm ki, sizin kimi varlı insanlarla evlənmək üçün nə etmək lazımdır?
Bu günə qədər birlikdə olduğum kişilər arasında ən varlısı ildə 250 min dollar qazanırdı. Central Parkın qərb bölgəsində, yüksək büdcəli binalarda yaşamaq istəyən biri üçün illik 250 min dollar kafi deyil. Sizdən səmimiyyətlə soruşuram:
1) Zəngin subaylar harada vaxt keçirirlər? (Xahiş edirəm, bar, restoran, idman zalı, klub, vs. kimi məkanların adlarını və ünvanlarını yazın.)
2) Hansı yaş kateqoriyaya diqqət yetirməliyəm?
3)Nə üçün çox varlıların yoldaşları orta gözəllikdə olur? Bir neçə qızla tanış oldum; gözəl və ya cazibədar deyillər amma zəngin kişilərlə evlənə bilirlər.
4)Kimin həyat yoldaşı olacağınıza, kimin isə yalnız sevgiliniz ola biləcəyinə necə qərar verirsiniz? Mənim hədəfim evlənməkdir. Zəngin bir adamla evlənə bilmək üçün nə etməliyəm?
 
“Xanım Gözəl "
 
Cavab:
 
Sevgili Xanım Gözəl,
 
Yazınızı böyük bir maraqla oxudum. Təxmin edirəm ki, sizin kimi eyni sualları soruşan bir çox gənc qız var. Lütfən professional bir sərmayəçi olaraq vəziyyətinizi analiz etməyimə icazə verin. Mənim illik gəlirim  beş yüz  min dollardan yuxarıdır, sizin meyarlarınıza uyur, bu səbəblə zamanınızı boş yerə xərcləmədiyimi ümid edirəm.
 
Bir iş adamı gözündən baxsaq, sizinlə evlənmək pis fikirdir. Səbəbi isə çox sadədir, lütfən açıqlamağıma icazə verin ...
 
Detalları bir kənara buraxsaq, etməyə çalışdığınız şey "gözəllik" ilə "pul" ikilisini mübadilə etməkdir: A gözəlliyi ilə təmin edir, B də bunun üçün ödəmə edər, çox ədalətlidir. Lakin burada ölümcül bir problem var; sizin gözəlliyiniz itəcək amma mənim pulum yaxşı bir səbəb olmadıqca tükənməyəcək. Əslinə baxsanız, mənim gəlirim ildən ilə arta bilər, ancaq siz ildən ilə gözəlləşməyəcəksiniz. Bu səbəblə, iqtisadi baxımdan baxsaq, mən dəyər qazanan bir varlıq, siz dəyər itirən bir varlıqsınız. Həm də sıradan bir dəyər itkisi deyil, çoxalaraq artan bir dəyər itkisi. Əgər gözəllik sizin tək varlığınızsa, dəyəriniz 10 il sonra çox daha aşağı olacaq.
 
Wall Street-də istifadə etdiyimiz bir termindən yola çıxsaq, sizin üçün "mübadilə mövqeyi" deyə bilərik, "satın al və gözlə" deyil. Sizi satın almaq yaxşı bir fikir deyil, bu səbəblə kirayələməyi  seçim edirəm. Çünki alver dəyəri düşən bir şeyi uzun müddət əldə tutmaq heç də müdrik deyil. Şübhəsiz, eyni şey sizin istədiyiniz evlilik üçün də keçərlidir.
 
Bu yazdıqlarım sizə zalımca gəlirsə bir də belə düşünün; bütün pulumu itirsəydim, məni tərk etməzdiniz mi? Eyni şəkildə gözəlliyinizi itirdiyinizdə, mənim də çıxış yolunu tapmam lazım deyilmi?
 
İllik gəliri 500 min dolların üstündə olan insanlar axmaq deyil; sizinlə yalnız münasibətdə olarıq  amma evlənmərik. Sizə, zəngin bir adamla evlənmək fikrini unutmanızı təklif edirəm. Bu vaxt, ildə beş yüz min dollar qazanan o zəngin siz ola bilərsiniz. Çünki o qədər pulu qazanmaq, zəngin bir axmaq tapmaq ehtimalınızdan daha yüksəkdir...
 
Uğurlar; J.P. Morgan CEO-su
 
 
 
3.Mahatma Qandinin jurnalistə verdiyi cavab…
İngiltərə kralı Corc ilə görüşdüyü anda, Qandinin üzərində hər zamanki kimi ağ örtüyü var idi.
Dəvətdən çıxdıqda, bir jurnalist soruşur: Geyiminiz  bir padşahla görüşmək üçün kifayət idi ?
Qandi  heç fikir vermədən cavab vermiş: Kral, ikimizə də çatacaq qədər geyinmişdi...
 
4.Çinli bir vətəndaşın amerikalı iş adamına cavabı
Amerikalı iş adamı, bir çinliyə lağ edərək soruşur:
Ölüləriniz, məzarlarına qoyduğunuz düyüləri nə vaxt yeyəcək?
Çinli başını qaldırmadan cavab verir:
- Sizin ölüləriniz, qoyduğunuz çiçəkləri qoxuladığı zaman.
 
 
5. Nazim Hikmətin həbsxana müfəttişinə verdiyi cavab…
Nazım Hikmətin Bursa Həbsxanasında məhbusluq günlərindən bir anı:
Həbsxana yoxlamasına Ədalət Nazirliyindən bir müfəttiş gəlir.
Bir neçə gün yoxlama etdikdən sonra direktora:
- Nazim da burdaymış, çağır görək necə biridir? deyir.
Nazimi otağa gətirirlər. Müdir kreslosuna yaxşıca oturan müfəttiş Nazimi təpədən dırnağa süzür və:
-“Demək Nazim sizsiniz.” - deyir. Nazimə oturması üçün yer göstərmir. Qısa bir söhbət sonunda "Gedə bilərsiniz" deyir.
Nazim tam qapıdan çıxarkən dayanır və müfəttişə:
-"Ömər Xəyyam adını eşitmisinizmi?" deyə soruşar. Müfəttiş dərhal:
-Kim tanımır ki Xəyyamı?!
Nazim:
-"Xəyyamın zamanında İran hökmdarı kim idi?" deyə soruşur. Müfəttiş çaşır. Nazim sözünə  davam edir: "Görürsünüz sənətçini xatırladınız amma hökmdarı xatırlamadınız. İllər sonra məni dünya tanıyacaq amma dövrün Ədalət Nazirini və sizi kimsə tanımayacaq" - deyir və çıxır.
Müfəttiş etdiyi səhvi anlayır, Nazimi geri çağırır amma Nazim həbsxananın yolunu tutmuşdur.
 
6. Ağıllı bir tələbənin universitet professoruna verdiyi cavab.
Bir universitet professoru tələbələrinə bu sualı soruşur:
-Var Olan hər şeyi Allahmı yaratdı?
Cəsur bir tələbə ayağa qalxır və cavablayır;
-Bəli, hər şeyi Allah yaratdı!
Professor sualını təkrarlayır və tələbə yenə “bəli” deyə cavablayır.
Professor davam edir;
-Əgər hər şeyi yaradan Allah isə və şeytan var olduğuna görə şeytanı da Allah yaratmış olur və dərslərimizdə tətbiq etdiyimiz dəqiqləşdirmə prinsipinə görə də Tanrı şeytandır.
Tələbə belə bir mülahizə qarşısında çaşır və yerinə oturur.
Professor isə şagirdlərinə bir daha Tanrının içindəki taleyin  bir əfsanəsi olduğunu sübut etməkdən ötrü olduqca xoşbəxtdir.
Bu vaxt bir şagird ayağa qalxır və;
-Bir sual verə bilərəmmi professor? deyir.
Professor da “Soruşa bilərsən” – söyləyir.
Tələbə ayağa qalxır və “Soyuq  varmı?” – deyə soruşur.
Professor: “Bu necə sualdır belə, təbii ki vardır. Sən heç soyuqdan üşümədinmi?
Tələbə:
- “Əslində, fizika qanunlarına görə soyuq yoxdur. Real həyatda biz soyuğu istiliyin yoxluğu olaraq düşünürük. Hər kəs və ya obyektlər o enerji oradadırsa və ya bir şəkildə enerji çatdırırsa onu təcrübə edər. Məsələn, Absolute 0 (-460 dərəcə F) istiliyin mütləq yoxluğudur (heç olmadığı səviyyədir). Bütün maddələrin bu səviyyədə reaksiya vermə xüsusiyyətləri pozulur və dəyişir. Soyuq yoxdur, o yalnız istiliyin yoxluğunda hisslərimizi təsvir etmək üçün yaratdığımız bir sözdür” –  deyir və davam edir,
-Professor, qaranlıq vardır mı?
-Professor;
- Təbii ki, var.
-Tələbə:
- Deyəsən yenə yanılırsınız professor. Çünki qaranlıq da yoxdur. Real həyatda qaranlıq işığın yoxluğudur. Biz işıq üzərində çalışa bilərik amma qaranlıq üzərində çalışa bilmərik. Gerçəkdə, biz Nyutonun prizmasını istifadə edərək ağ işığı qırar və rənglərin müxtəlif dalğa uzunluqları üzərində çalışa bilərik amma qaranlığı ölçə bilmərik. Bir sadə işıq şüası qaranlıq bir məkanı işıqlandıraraq qaranlığı qırmış olar yəni qaranlığı keçərsiz edər. Siz müəyyən bir məkanın/kosmosun nə qədər qaranlıq olduğundan necə əmin olarsınız? İşığın miqdarını ölçərsiniz! Bu doğrudur, deyilmi? Qaranlıq insanlıq tərəfindən, işığın olmadığı yer, məkan üçün istifadə edilən bir sözdür.
Son olaraq tələbə professora yenə sual edir:
- Professor şeytan varmı?
Bu dəfə professor çox əmin olmadan cavab verir:
- “Təbii ki, açıqladığım kimi, biz onu hər gün, hər yerdə  görürük. Şeytan pislik bir adamın başqa bir adama hər gün sərgilədiyi insaniyyətsizliyinin bir nümunəsidir. O, dünyada işlənmiş bütün cinayətlərdə və şiddətdə yer alır. Bunların hamısı şeytanın özündən başqa bir şey də deyil” - deyir.
Tələbə davam edər;
- Şeytan yoxdur professor. Yəni o öz başına yoxdur. Şeytan bəsit olaraq Allahın yoxluğudur. O eynilə qaranlıq və soyuqda olduğu kimi insanın Allahın yoxluğunu təsvir etməsi üçün yaratdığı bir sözdən ibarətdir. Allah şeytanı yaratmadı. Şeytan insanın Allah sevgisini ürəyində duymadığı zaman yaşadıqlarının bir nəticəsidir. O eynilə istiliyin olmadığı yerə gələn soyuq ya da işığın olmadığı yerə gələn qaranlıq kimidir.
Professor yerinə oturur.
 
Bu gənc tələbənin adı Albert Eynşteyndir.
 

 

Tərcümə etdi: Aytən İsmayılova

ŞƏRH YAZIN