Sevmək İnsanın Təbiətində Var

0
6614
Sevmək İnsanın Təbiətində Var

Bu, sevgi mövzusunda çox gözəl və mənalı bir hekayədir. Hindli bir müdrik sevgi mövzusunda dərin bir cavab verir.

Hindli bir adam suda batıb çıxaraq irəliləməyə çalışan bir əqrəb görür.

Onu qurtarmağa qərar verir və barmağını uzadır amma əqrəb onu sancır.

Hindli yenə əqrəbi sudan çıxarmağa çalışır amma əqrəb onu yenə sancır.

Yaxınlardakı başqa biri ona, onu davamlı sancmağa çalışan əqrəbi qurtarmaqdan imtina etməsini söyləyir.

Hindli adam isə belə cavab verir:

"Sancmaq əqrəbin təbiətində vardır.

Mənim təbiətimdə isə sevmək var.

“Nəyə görə sancmaq əqrəbin təbiətində var deyə öz təbiətimdə olan sevməkdən əl çəkim?"

Sevməkdən imtina etməyin. Yaxşılığınızdan əl çəkməyin.

Ətrafınızdakı əqrəblər sizi sancsalar belə!


 
Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN