Zehin Və Bədən İşlərinə Nümunələr

0
3485
Zehin Və Bədən İşlərinə Nümunələr

Hipnoz nədir? 
Sualına cavab axtararaq başladığımız 9 illik təcrübəmizdə, Şərq Terapiya tətbiqləri (musiqi,yoqa,aromaterapiya, akapunktur, reiki, müsbət düşüncənin gücü və s). Və altı illik təhsillə bizlərə verilən Qərbdəki Terapiya Tətbiqləri, Parapsixologiya olaraq adlandırılan bu an üçün anlamaqda çətinlik çəkdiyimiz Ruhi Fenomenlər, Psixoloji Münasibətlər, Din - Dinlər Tarixi və Məxfi Məlumatlar, Dalğınlıq və Zəifləmə Texnikaları deyərkən; Qərb Tibbinin bədənə təsir edəcək dərmanlarını verərək, Zehni Nəzarət Altına Almaq və Müalicə etmə səylərinin əksinə; "Həkimlərin Şahzadəsi  "İbn Sina" dan və hərəkətlə; (Ruhi bir xəyal gücü mövcuddur, bunun əmrlərinə orqanizm hər zaman tabe olmaq zorundaydı. Bu güc, bir xəstə yaxşılaşdığı kimi, sağlam birinidə xəstə edirdi". Zehni nəzarət altına alıb, təsir edərək, orqanizmin fizioloji quruluşuna hakim ola biləcəyini düşünürük.
Mərkəzi sinir sistemimizin bir hadisənin imici ilə real hadisə arasındakı fərqi ayırd etmədiyini bilirik.
 
Öyrənmədə təxəyyül təsirlidir.
 
Aikido, kung-fu, və karate kimi şərq döyüş sənətlərində, tamamilə bir zehin/bədən yanaşımı təhsilin əsas sütunudur.
 
Neqativ mental obrazlar güman edildiyindən daha güclüdür və xora, astma, miqren, yüksək təzyiq kimi psixosomatik xəstəliklərin çıxmasına təkan verirlər.
 
Obrazlar ya da qeyri-adi rəsmlər yatmış nəhəngi yəni, şuuraltı beynimizi yaratmağın yollarından biridir. Psixoloji bir sızıntı yerinə psixoloji olaraq bir bulaq ola bilərsiz çünki bütün dəyişiklik zehində başlayır.
 
Şüurlu beynimizə problem kimi görünən şeylərin cavabları şüuraltı dediyimiz yatan nəhəngdə mövcuddur.
 
Aşağıda yer alan hekayələri oxuyarkən düşünəcəyinizi, düşünərkən özünüzdə dəyişikliyi hiss edəcəyinizə inanıram...Fərqində Olaraq yada Olmayaraq!
 
Qurbağa Nağılı..Yaşama Dair!
 
Günlərdən bir gün..qurbağaların yarışı varmış. Hədəf, çox yüksək bir qüllənin təpəsinə çıxmaq imiş. Bir sürü qurbağa da yoldaşlarını seyr etmək üçün toplanmış.Və yarış başlamış.Tamaşaçılar arasında heç biri iştirakçıların qüllənin təpəsinə çıxacağına inanmırmış.Sadəcə bu səsləri eşidə bilirmiş:"Yazıqlar! Heç vaxt bacara bilmiyəcəklər"!Müsabiqəyə başlayan qurbağalar qüllənin təpəsinə çata bilmiyincə bir-bir yarışı buraxmağa başlamışlar. İçlərindən yalnız bir dənəsi inadla və qorxmadan qülləyə dırmaşmağa çalışırmış. Tamaşaçılar qışqırırlar: "Yazıqlar! Heç vaxt bacara bilmiyəcəklər".Nəhayət, bir dənəsi xaric, digər qurbağaların hamısının ümidləri qırılmış və yarışı buraxmışlar. Amma qalan son qurbağa böyük bir səy ilə mübarizə edərək qüllənin təpəsinə çıxmağı bacarmış. Digərləri heyrət içində bu işi necə bacardığını öyrənmək istəyiblər. Bir qurbağa ona yaxınlaşmış və soruşmuş bu işi necə bacardın deyə.O anda fərqinə varmışlar ki..qülləyə çıxan qurbağa kar imiş!
 
Mənfi düşünən insanları eşitməyin..Onlar qəlbinizdəki ümidləri çalarlar!
 
Vermək Almaqdan Üstündür!
 
Bir mağaza sahibi mağazasının vitrininə üzərində Satılıq körpə itlər yazan bir lövhə asarkən, yaninda kiçik bir oğlan uşağı göründü
"Bu körpə itləri neçəyə satırsınız"? deyə soruşdu.
Adam uşağa körpələrin ən az 50 dollar etdiyini soylədi
Uşaq əlini cibinə atdı, bir az xırda pul cixartdi, mağaza sahibinə baxıb "Iki dollar otuz beş sentim var. Onlara baxa bilərəmmi"? Dedi.
Mağaza sahibi uşağa gülümsədi və bir fit caldi. Lady adlı bir körpə it mağazanın içindəki daxmasından çıxıb onlara doğru qaçmağa başladı.Balalardan biri, digərlərinin arxasından hıqqanaraq gəlirdi.
Bu kiçik uşağın dərhal diqqətini çəkdi ".bu balanın nəyi var"?
"Baytarın dediyinə görə,bud hissəsində bir sümük əksikmiş" deyə cavab verib. "Həmişə belə topallayacaqmış".
Balaca uşaq dərhal, "Onu almaq istəyirəm" - dedi.
Mağaza sahibi "Doğrudanmı. O balanı həqiqətən istəyirsənsə sənə pulsuz verə bilərəm" dedi.
Uşaq mağaza sahibinə yaxınlaşdı və qəzəbli halda "Onu mənə pulsuz verməyinizi istəmirəm. Bu bala da digər balalar qədər dəyərlidir. Qiyməti nəysə sizə ödəyəcəm. İndi sizə iki dolar otuz beş sent verəcəm, qalan pulu da ayda əlli sent, əlli sent ödəyəcəm"! Dedi.
Mağaza sahibi "O şikəst balanı, nə edəcəksən? O heç bir zaman digər itlər kimi qaçıb, oynamayıcaq" dedi.
Balaca uşaq şalvarının ətəyini birazca qaldırdı və iki dəmir bağla dəstəklənmiş əyri sol ayağını göstərdi. "Mən də elədə qaça bilmirəm" dedi. "Bu balanın da özünü anlayacaq birinə ehtiyacı var".
Son dörd aydır ayağına taxta bağ taxan kiçik uşaq, evinin ön qapısından içəri, qucağında yeni aldigi körpə itlə girdi.İtin ayağında bir sümük əskikdi və bala yerə buraxıldığında ciddi şəkildə topallıyırdı.Uşaq öz vəziyyətindən ümidsiz idi. Amma yaninda yeni dostuyla ümidləri canlanmış və yeni bir coşquyla dolmusdu. Ertəsi gün uşaq və anası balaca itə necə yardım edə biləcəklərini öyrənmək üçün bir baytarlığa getdilər. Baytar ,uşağa əgər hər səhər bala itin ayağına masaj edər, sonra da onu ən azı iki kilometr yürüdərsə, o zaman ayağındakı əzələlərin güclənəcəyini, balanın artıq acı çəkməyəcəyini və daha az topallayacağını başa saldı.Balaca itin yeriyərkən narahat olduğunu inildəyərək və hürərək müəyyən etməsinə və uşağın da öz ayaq bağından acı və çətinlik çəkməsinə qarşı  proqramı iki ay səbirlə sürdürdülər. Üçüncü ay, artıq hər səhər məktəbdən əvvəl beş kilometr yeriyirdilər və artıq ikisi də yeriyərkən narahatlıq duymurdular. Bir Şənbə səhəri çalışmadan dönərkən qabaqlarına bir pişik çıxdı və iti qorxutdu.Boğazına taxılan kəmərindən xilas olan it sürətlə yola doğru qaçmağa başladı.Sürətlə gələn bir yük maşını itə yaxınlaşırkən uşaq da yola qaçmağa başladı, itini tutmaq istədi, amma yolun kənarına yıxıldı. Gec qalmışdı. Yük maşını iti vurmuşdu , itin ağzından qan gəlirdi ki,uşaq itini qucaqlayıb aglıyarkən öz ayağındakı bağın çıxmış olduğunu gördü. Özü üçün üzüləcək vaxtı yox idi. Dərhal ayağa durdu, itini qucağına aldı və evə doğru yola qoyuldu. İt yavaş-yavaş hürərək uşağa ümid verir və onun həyəcan içində əlindən gəldiyincə sürətli qaçmağına səbəb olurdu. Anası onu və iztirab çəkən itini dərhal heyvan xəstəxanasına götürdü. Ana oğul maraq içində itin əməliyyatı keçib-keçmədiyini oyrənmək üçün gözləyərkən uşaq həm də dəmirdən olan bağları mənimsəmişkən indi necə olub da sürətli yeriyə bildiyini və qaça bildiyini soruşdu;
Anası belə dedi: "Səndə osteomiyelit vardı. Bu, bir sümük xəstəliyidir. Bu xəstəlik ayağını zəiflətdi və şikəst buraxdi, bu səbəblə də topallıyır və iztirab çəkirdin. Ayağındakı dəmir bağ dəstək üçün idi. Əgər ağrıya və saatlarla sürəcək müalicələrə əsaslanmağa razi olsaydın, bu keçəcəkdi.Dərmanlara yaxşı cavab verdin, amma fiziki müalicəyə hər zaman qarşı qoydun. Atan və mən nə edəcəyimizi bilmirdik. Həkimlər bizə ayağını itirmək üzərə oldugunu söylədilər. Sonra evə balaca iti gətirdin. Sanki, onun ehtiyaclarını anlıyır kimiydin sən ona kömək edərkən əslində böyümək və güclənmək üçün özünə kömək edirdin.
"Tam bu sırada əməliyyatxananın qapısı ağır-ağır açıldı. Baytar üzündə bir gülümsəməylə çölə çıxdı.
"İtiniz yaxşılaşacaq" dedi.
Uşaq insanın verirkən,əslində aldığını öyrəndi. Vermək almaqdan daha müqəddəsdi.
 
"TAXTA AT" -" müsbət obrazların gücü"
 
Bir gün iki uşaqlı bir ailə gəzintiyə çıxarlar. Uşaqlardan biri yorulur və atasının onu qucağına almasını istiyər. Ata da yorğun olduğunu söylüyər.
Uşaq ağlamağa başlıyar. Ata bircə kəlmə söyləmədən ağacdan bir budaq kəsər, budağı bıçaqla düzəldər və oğluna verir.
"Al oğlum sənə gözəl bir at" deyər.
Uşaq sevinclə ata minər və sıçrayaraq, ata vuraraq evin yolunu tutar. Ata gülərək qızına dönər və:
“Bax həyat budur, qızım. Bəzən fikrən və ya fiziki özünü çox yorğun hiss edəcəksən. Məhz o zaman özünə dəyənəkdən bir at tap və sevinc ilə yoluna davam et. Bu at, bir dost, bir mahnı, bir şeir, bir çiçək, bir uşağın təbəssümü ola bilər” söylüyər
Ətrafa baxıb da belə bir atı axtaran hər bir kəs tapa bilər. Onu həmişə xatırlayın ki, həyatın nə qədər çətin olduğunu düşünsəniz, həyat bir o qədər imkansızlaşır.
 
Bəs Meymun Hekayəsi və Təşkilati Mənfi Öyrənmə
 
Qəfəsə beş meymunu qoyarlar. Ortaya da bir pilləkən və təpəsinə də iplə bananları asarlar. Hər bir meymun pilləkənləri çıxaraq bananları əldə etmək üçün istədiyində kənardan üzərinə soyuq su sıxarlar. Hər bir meymun eyni sınağa girmək istədiklərində buz kimi soyuq suyla islanarlar.Bütün meymunlar bu sınaqların sonunda əməlli islanarlar. Bir müddət sonra bananlara qarşı hərəkət etdiklərində  meymunlar digərləri tərəfindən əngəllənməyə başlanır. Suyu bağlayıb meymunlardan biri kənara alınıb yerinə yeni bir meymun qoyulur. İlkin etdiyi iş bananlara çatmaq üçün pilləkənə çıxmaq olur; lakin digər dörd meymun buna yol verməz və yeni meymunu döyərlər
Daha sonra islanmış meymunlardan biri daha yeni bir meymunla dəyişdirilir..Və pilləkənə ilk etdiyi hücuma məruz qalar..Bu ikinci yeni meymunu ən şiddətli və istəkli döyən ilk yeni meymundur.İslanmış meymunlardan üçüncüsü də dəyisdirilir. Ən yeni gələn meymun da ilk səhv hərəkətində cezalandırılır. Digər dörd meymundan yeni gələn ikisinin ən yeni gələn meymunu niyə döydükləri məsələsində heç bir fikirləri yoxdur
Son olaraq ən başdakı islanan meymunların dördüncüsü və beşincisi də yeniləri ilə dəyişdirilir. Təpələrində bir salxım banan asılı oldugu halda artiq heç biri nərdivana yaxınlaşmamaqdadır...Niyəmi? Çünki burada işlər belə gəlmiş və belə getməlidir..
 
Tam bu nöqtə təşkilati mənfi öyrənmənin başladığı yerdir.
 
ANOREXİA və MELANXOLİK
 
Günün birində güclü bir ölkənin kralı özünü inək güman edirmiş və hər kəsə kəsib ətinin yeyilməsi üçün yalvarırmış. Yemədən içməzdən kəsilmiş. Digər xəstəliklərdə əlavə olunmuş.(Anorexia ya bağlı psixoloji və fiziki təsirlər) Bütün həkimlər çarəsizlik içindəykən İbn Sina ilə məsləhətləşirlər. Özünü qəssab olaraq krala tanıtmağını istiyərlər. Kralın yanına gedər, bıçağını götürər, kürəyini, mədəsini, eynilə qəssablıq heyvan baxar kimi əli ilə nəzarət edər. Kral kəsiləcəyi və ətinin qalib gələcəyi üçün o qədər xoşbəxtdir ki!
(Burada R. Bandlerin, bu sözü ağlıma gəlir, xəstəyə uyğunluq təmin etmək. Onu bizim şərtlərimizi uydurmaq əvəzinə əvvəlcə onun dediyini qəbul edib, daha sonra universal doğruları izah etmək.)
Lakin məşhur həkim, bu inəyin hələ kəsiləcək qədər olmadığı zəif və yorğun olduğunu, yaxşıca yedirdib güclənməsi lazım olduğunu söylüyər və daha sonra onu kəsməyə gələcəyini deyər.
Kral o andan sonra kəsiləcəyi günün xəyalı ilə yeməyə başlıyar. Anorexia düzəldikdən sonra ruhi durumuda düzəlmiş və şəfa tapmışdır.
İndi soruşuram; Şərq illər əvvəl tətbiqi psixologiya etmirmi?
Öyrənəcəyimiz çox şey var, həkimlərin sərt materialist qanunlarını və psixoloqların testlərə faydalı üsullarını hələlik bir kənara qoyub, psixi qəbul edib, onu təsir etmə yollarını axtarmalıyıq...
 
YAXŞILIQ və VƏFA
 
Bir canavarı ovçular dəhşətli halda sıxışdırmışlar. Qurd meşədə oraya bura qaçmaqda, ancaq arxasınca gələn ovçulardan heç cürə qurtula bilmir. Canını qurtarmaq üçün dəli kimi qaçarkən bir kəndliyə rast gəlir. Kəndli əlində xışla tarlasına girməkdədir. Qurd adamın önünə çökər və yalvarmağa başlıyar: "Ey insan nə olar kömək et mənə, arxamdakı ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən kömək etməsən bir az sonra tutub öldürəcəklər". Kəndli bir an düşündükdən sonra yanındakı boş çuvalı açar, qurda içinə girməsini söyləyər. Çuvalın ağzını bağlıyar, kürəyinə vurar və yeriməyə davam edər. Bir neçə dəqiqə sonra da ovçulara rast gələr. Ovçular kəndliyə bu yaxınlıqda bir qurd görüb görmədiyini soruşarlar, kəndli "görmədim" deyər və ovçular uzaqlaşar. Ovçuların yaxşıca uzaqlaşdığından əmin olduqdan sonra kəndli kürəyindəki torbanı endirir, ağzını açır, canavarı çölə çıxardar. "Çox təşəkkür edirəm" deyər qurd, "Mənə böyük bir yaxşılıq etdin" "Əhəmiyyətli deyil" deyər kəndli və tarlasına getmək üzrə yeriməyə başlayar. "Bir dəqiqə" deyə səslənər qurd: Çox uzun zamandır bu ovçulardan qaçıram, çox əldən düşdüm, acam, qüvvətimi toplamağım üçün bir şeylər yeməyim lazımdır və burada səndən başqa yeyəcək bir şey yoxdur". Kəndli təəccüblənir: "Olarmı, mən sənin həyatını qurtardım". "Edilən yaxşılıqlardan, verilən xidmətlərdən daha tez unudulan bir şey yoxdur" deyər qurd. "Mən də öz mənafem üçün sənin yaxşılığını unutmaq və səni yemək zorundayam."Bir müddət mübahisə etdikdən sonra, meşədə qarşılarına çıxacaq olan ilk üç adama bu mövzunu soruşmağa və ona görə davranmağa qərar verirlər. Qarşılarına əvvəl yaşlı bir dişi at çıxar. "Nə vəfası" deyər dişi at, "Mən sahibimə illərlə xidmət etdim, arabasını çəkdim,gəzdirdim. Və qocalıb bir işə yaramadığımda məni beləcə qapıya qovdu" Bir sıfır qabağa keçən qurd sevinərkən bir itə rast gəlirlər. "Mən edilən xidmətin dəyərini bilən bir əfəndi görmədim" deyər it, "İllərdir sədaqətlə xidmət edərəm sahibimə qoyunlarını qoruyaram, yadlara hücum edərəm, amma o məni hər gün təpiklər, çubuqla vurur" Qurd kəndliyə dönər, "Bax gördün" deyər. Kəndli də son bir səylə "Amma üç - deyə danışmışdıq, birinə daha soruşaq, sonra məni ye" deyə cavab verir. Bu dəfə qarşılarına bir tülkü çıxar. Başlarından keçənləri,mübahisə etmələrini izah edərlər. Tülkü həmişə nifrət etdiyi qurda bir oyun oynayacağı üçün sevinər. "Hər şeyi anladım da" deyər tülkü "Bu kiçik torbaya sən necə sığırsan"? Qurd bir şeylər söyləyər, tülkü inanmamış kimi edər: "Gözümlə görmədən inanmam "İşin sonuna gəldiyini düşünən qurd torbaya girər girməz, tülkü kəndliyə işarə edər və kəndli torbanın ağzını möhkəm bağlayar. Kəndli əlinə bir daş götürər və "Məni yeməyə qalxdın ha nankor varlıq" deyərək torbanın içindəki qurdu bir müddət şilləliyər. Sonra tülküyə dönər "Sənə minnətdaram məni bu qurddan qurtardın" deyər. Tülkü də "Mənim üçün xoşdu" - deyə cavab verər. O an kəndlinin gözü tülkünün parlaq kürkünə taxılar, bu kürkü satarsa alacağı pulu düşünər və heç gözləmədən əlindəki daşı başına vurub tülkünü öldürər. Sonra da torbanın içindəki qurdu ayağıyla dürtür: "Haqlıymışsan qurd, edilən yaxşılıqdan daha tez unudulan bir şey yoxdur"
 Yaxşılıq anlayışı ilə vəfa anlayışı yan-yana durur. Yaxşılıq edən, başqa birinə dar anında yardımcı olan hər bir şəxs istər-istəməz qarşıdan "vəfa" gözləyir.
Bu səbəblə "yaxşılıq et dənizə at" sözü işlədilir. Qarşılıq gözlənilmir kimi davranılsa da hər yaxşılığın bir şəkildə geri dönəcəyi düşünülür.
 
Etdiyimiz yaxşılıqların unudulmaması və edilən yaxşılıqları unutmaq arzusu ilə...
 
DÜLGƏR
 
Qoca bir dülgərin pensiya dövrü gəlmişdi. Söz verən, çalışdığı mənzil tikinti işindən ayrılaraq xanımı və böyüyən ailəsi ilə birlikdə daha azad bir həyat sürmək layihəsindən bəhs edib. Çeklə aldığı əmək haqqını əlbəttə, ödəyəcəkdi. Nə var ki, əməkli olması lazım idi. Podratçı, yaxşı işçisinin ayrılmasına pis oldu və ondan, özünə bir yaxşılıq olaraq, son bir ev etməsini xahiş etdi. Dülgər, qəbul edib və işə girişdi, ancaq könlünün etdiyi işdə olmadığını görmək asandı. Ötəri bir sənətkarlıq etdi və keyfiyyətsiz material istifadə etdi. Özünü həsr etmiş olduğu peşəyə belə son vermək nə böyük bəxtsizlikdi! İşini bitirdikdə işəgötürən, evi gözdən keçirmək üçün gəldi. Çöl qapının açarını dülgərə uzatdı. "Bu ev sənin" - dedi, "Sənə məndən hədiyyə". Dülgər, şoka girdi. Nə qədər utandı! Kaş tikdiyi evin öz evi olduğunu bilsəydi! O zaman belə edərdi heç! Bizim üçün də bu belədir. Günbəgün öz həyatımızı qurarıq. Çox vaxt da,etdiyimiz işə əlimizdən gələndən daha azını qoyarıq. Sonra da, şoka girərək, öz yaratdığımız evdə yaşayacağımızı anlayarıq. Əgər təkrar edə bilsək, çox daha fərqli edərik. Nə var ki, geriyə qayıda bilmərik. Dülgər sizsiniz. Hər gün bir mismar vurar, bir taxta qoyar, ya da bir divar tikərsiz.
"Həyat bir özün et, dizaynıdır ".demişdir biri. Bu gün gördüyünüz davranışlar və seçimlər, sabah yaşayacağınız evi qurar. Elə isə onu ağılla qurun.Unutmayın..Pula ehtiyacınız yoxmuş kimi işləyin. Heç zərər çəkməmiş kimi sevin.Kimsə izləmirmiş kimi rəqs edin.
 
TEDDY STODDARDIN HEKAYƏSİ
 
Məktəbin ilk günündə 5-ci sinifin qarşısında durarkən,müəllimə uşaqlara yalan deyib.Bir Çox müəllimə kimi,şagirdlərinə baxdı və hamısını eyni dərəcədə sevdiyini söylədi. Ancaq, bu qeyri-mümkün idi, çünki ön sirada, oturdugu yerdə bir yana qısılmış, adı Teddy Stoddard olan balaca bir oğlan var idi.
Xanım Thompson bir il əvvəl Teddy-i izləmişdi və digər uşaqlarla yaxşı oynamadığını, paltarlarının çirkli olduğunu və davamlı olaraq çirkli şəkildə gəzdiyini müşahidə etmişdi.Əlavə olaraq, Teddy kefsiz olurdu. Bu elə bir nöqtəyə gəlib ki, xanım Thompson onun kağızlarını böyük qırmızı bir qələmlə işarələməkdən,(X) etməkdən və kağızının üstünə böyük "F" (ən aşağı dərəcə) qoymaqdan zövq alır oldu.
Xanım Tompsonun məktəbində, hər bir uşağın geçmis qeydlərini incələməsi lazım idi və Teddy-inin qeydlərini ən sona buraxdı. Ancaq, onun həyatını gözdən keçirdiyində, bir sürpriz ilə qarşılaşdı.Teddy-nin birinci sinif müəlliməsi də yazmışdı, "Teddy gülməyə hazır parlaq bir uşaq. Kurs işlərini səliqəli və təmiz edir və çox tərbiyəli..Onun ətrafda olması çox əyləncəlidir.
İkinci sinif müəlliməsi də yazmışdı, "Teddy mükəmməl bir şagird, sinif yoldaşları tərəfindən çox sevilir, amma anasının ölümcül bir xəstəliyi olduğu üçün sıxıntı içində və evdəki yaşamı mübarizə şəraitində keçir".
 Üçüncü sinif müəlliməsi də yazmışdı, "Teddy-nin anasının ölümü onun üçün çox çətin oldu. Teddy əlindən gələnin ən yaxşısını etməyə çalışır, amma atası ona maraq göstərmir və əgər bəzi addımlar atılmazsa evdəki yaşamı  qəzada ona təsir edəcək".
Teddy-nin dördüncü sinif müəlliməsi də yazmışdı, "Teddy içinə qapanıq və məktəbdə dərslərə daha çox  maraq göstərmir.Elə də çox dostu yoxdur və bəzən sinifdə yatır".
İndiyə qədər, Bayan Thompson problemi dərk etdi və özündən utandı.
Şagirdləri ona gözəl lentlərlə və parlaq kağızlarla  Milad hədiyyələri gətirdiyində belə çox pis hiss etdi, Teddy-nin ki xaric. Teddy-inin hədiyyəsi bir marketdən aldigi qalın, qəhvəyi qablaşdırma kagızı ilə səliqəsizcəsinə bükülmüşdü, Bayan Thompson onu digər hədiyyələrin ortasinda açmaqda kədərləndi. Bayan Thompson paketdən qaşlarından bəziləri düşmüş düzəldilmə almaz qaşlı bir bilərzik və yarıdan dolu olan bir ətir şüşəsi çıxarınca uşaqlardan bəziləri gülməyə basladi ama o qolbağın nə qədər gözəl oldugunu söylədiyində uşaqların gülməsinini əngəllədi, qolbağı taxdı və ətiri topuqlarına sürdü. Teddy Stoddard o gün məktəbdən sonra müəlliməsinə bunu demək üçün qaldı, "Bayan Thompson, bu gün eyni ilə anam kimi qoxurdunuz". Uşaqlar gedəndən sonra, bayan Thompson ən az bir saat ağladı.
O gündən sonra, oxuma, yazma və hesabı öyrətməyi buraxdı. Bunun əvəzinə, uşaqlara təhsil verməyə başladı. Bayan Thompson Teddy-ə xüsusi diqqət göstərdi. Onunla çalışırkən, zehni canlanmaya vüsət görünürdü. Onu daha çox təşviq etdikcə, daha sürətli qarşılık verirdi.İlin sonuna qədər, Teddy sinifdəki ən zəkalı uşaqlardan biri oldu və bütün uşaqları eyni dərəcədə sevdiyi yalanina rəğmən, Teddy onun göz bəbəylərindən biri idi.
Bir il sonra, Bayan Thompson qapısının altında Teddy-dən bir məktub tapdı, ona hələ də bütün yaşamında sahib olduğu ən yaxşı müəllimə olduğunu deyirdi.
Altı il sonra Teddy-dən bir not daha aldı. Liseyi bitirdiyini, sinifində üçüncü olduğunu və onun hələ də həyatındakı ən yaxşı müəllimə olduğunu yazmışdı.
Bundan dörd il sonra, bəzi zamanların çətin keçməsinə rəğmən məktəbdə qaldığını, inadla çalışmağa davam etdiyini və yaxında kollecdən ən yüksək dərəcə ilə məzun olacağını yazan basqa bir məktub aldı. Yenə Xanım Tompsonun bütün yaşamındakı ən yaxşı və ən favori müəlliməsi olduğunu yazmışdı.
Sonra dörd il daha keçdi və basqa bir məktub gəldi. Bu dəfə fakültə diplomunu aldıqdan sonra, bir az da irəliləməyə qərar verdigini açıxlıyırdı. Məktub onun hələ də qarşılaşdığı ən yaxşı və ən favori müəlliməsi olduğunu qeyd edirdi. Amma indi adı bir az daha uzundu..məktub belə imzalanmışdı, Teodor Theodore F. Stoddard, MD. (həkim)
Hekayə burada bitmir. Görürsünüz, ortaya çıxan basqa bir məktub var. Teddy bir qızla tanışdığını və onunla evlənəcəyini deyirdi. Atasının bir neçə həftə əvvəl vəfat etdiyini açıqlıyırdı və evlənmə mərasimində Xanım Tompsonun bəyin anasına ayrilan yerə oturub oturmayacağını soruşurdu. Sübhəsiz Bayan Thompson bunu qəbul etdi. Və təsəvvür edin nə oldu? Qaşları düşmüş olan o qolbağı taxdı. Dahası, Teddy-inin anasının vurduğu ətirdən sürdü. Bir-birilərini qucaqladılar və Doktor Stoddard, Xanım Tompsonun qulagına belə fısıldadı, "Mənə inandiginiz üçün təşəkkür edirəm ki, Bayan Thompson. Mənə əhəmiyyətli oldugumu hiss etdirdiyiniz və bir fərq yarada biləcəyimi göstərdiyiniz üçün çox təşəkkür edirəm"
Bayan Thompson, gözlərində yaşlarla fısıldadı və dedi, "Teddy, səhv şeylərə sahib idin. Bir fərq yarada biləcəyimi mənə öyrədən sənsən. Səninlə tanışıncaya qədər, necə öyrədəcəyimi bilmirdim".
(Bilməyənlər üçün, Teddy Stoddard, Des Moines-dəki Stoddard Xərçəng Binası olan Iowa Methodist-də həkimdir).
 
Bu gün birinin ürəyini isidin. Bunu çatdırın. Bu gün birinin həyatında bir fərq yaratmağa çalışın, sadəcə "onu edin"
 
Hipnoz və Hipnoterapiya-dakı uğurun sirri, Şüuraltının "həqiqət ilə xəyalı" ayırd edə bilməməsinə əsaslanır.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 
 

ŞƏRH YAZIN