1 Və 0-İn Önəmi

0
8516
1 Və 0-İn Önəmi

1982 -ci ildə Qazi Universitetində  2-ci kurs tələbələri iqtisadi nəzəriyyə dərsində müəllimi gözləyirlər. Auditoriya tələbələrin səs-küyü ilə dağılırdı. Birdən sərt təbiətli müəllim qapıda peyda olur. O içəriyə əsəbi bir nəzər salıb, kürsüyə keçir. Təbaşirlə taxtaya böyük  "1" rəqəmi çəkir.
"Baxın" - deyir:  "Bu şəxsiyyətdir. Həyatda sahib ola biləcəyiniz ən qiymətli şey budur. " Sonra "1"in yanına bir "0" qoyur:
 Bu uğurdur. Uğurlu bir şəxsiyyət "1"i -"10" edər".
Müəllim daha bir "0" əlavə edir. "Bu təcrübədir. "10" ikən "100" olarsınız"
Sıfırlar belə uzanıb gedir: Qabiliyyət… İntizam… Sevgi…
Müəllim, əlavə olunan hər yeni "0"ın şəxsiyyəti 10 qat  zənginləşdirdiyini izah edir… Sonra əlinə silgini alıb, ən başdakı "1"i silir. Geridə çoxlu sıfır qalır. Nəhayət o, fikrini açıqlayır:
"Şəxsiyyətiniz yoxdursa, o biriləri heçdir!"

ŞƏRH YAZIN