KƏPƏNƏK VƏ ADAMIN ƏHVALATI

0
800
KƏPƏNƏK VƏ ADAMIN ƏHVALATI

Baramada kiçik bir dəlik açıldı ...

Adam oturub kəpənəyin saatlarla bu dəlikdən çıxma səyini izlədi.

Bir ara hərəkət dayandı.

Kəpənək dəlikdən çıxmaq üçün səy göstərməkdən imtina etmiş kimi idi ...

Sanki kəpənək əlindən gələn hər şeyi etmiş və artıq edə biləcəyi bir şey qalmamışdı.

Adam kəpənəyə kömək etmək qərarına gəldi ...

Əlinə kiçik bir qayçı alıb, baramadakı dəliyi böyütməyə başladı ...

Bu kömək sayəsində, kəpənək asanlıqla çıxa bildi...

Ancaq kəpənəyin bədəni quru və balaca, qanadları da  büzüşmüş şəkildə idi...

Adam baramadan çıxan kəpənəyi izləməyə davam etdi ...

O, kəpənəyin qanadlarının açılıb bədənini daşıyacaq qədər güclənəcəyinə ümid edirdi. 

Amma adamın gözlədiklərinin heç biri olmadı!

Kəpənək heç vaxt uça bilmədi.

Kəpənək, həyatının qalan hissəsini qurumuş bir bədən və büzüşmüş qanadlar ilə yerdə sürünərək keçirdi.

Adam kəpənəyə yaxşı niyyətlə kömək etmək istəmişdi ...

Ancaq, kəpənəyə yaxşılıq etmək istiyərkən ona çox böyük bir pislik etmişdi.

Onun başa düşə bilmədiyi bir şey var idi.

Baramanın darlığı və buna qarşılıq kəpənəyin dar bir dəlikdən çıxmaq üçün göstərməsi lazım olan səy, Allahın kəpənəyin bədənindəki mayeni onun qanadlarına göndərməsi və beləcə baramadan çıxa bildiyi anda uçmasını təmin etmək üçün seçdiyi yol olması idi. 

Kəpənək baramada qalacağı qədər qala bilməmişdi.

Bəzən həyatda bizə lazım olan gostərməli olduğumuz səylərdir.

Əgər Allah, həyatda hər hansı bir səy gösdərmədiyimiz halda hər şeyi versəydi, o zaman bu kəpənək kimi olardıq. 

Ola biləcəyimiz qədər güclü ola bilməz və heç vaxt uça bilməzdik.

GÜCLÜ OLMAQ İSTƏDİM ... Və Allah məni gücləndirmək üçün mənə çətinliklər göndərdi.

MÜDRİK OLMAQ İSTƏDİM ... Və Allah həll etməyim üçün suallar yolladı.

UĞURLU OLMAQ İSTƏDİM ... Və Allah mənə işləmək üçün beyin, zəka və əzələ gücü verdi.

CƏSARƏT İSTƏDİM ... Və Allah mənə öhdəsindən gəlməyim üçün təhlükələr verdi.

SEVGİ İSTƏDİM ... Və Allah mənə, kömək etməyim üçün möhtac insanlar yolladı.

YAXŞILIQ İSTƏDİM ... Və Allah mənə fürsətlər yolladı.

İSTƏDİYİM HEÇ BİR ŞEYİ ƏLDƏ EDƏ BİLMƏDİM ... Amma istədiklərimi çatmaq üçün ehtiyacım olanları Allah mənə verdi.

Allaha güvənin, inanın və hədəflərinizə çatmaq üçün səy göstərin, bir müddət sonra bir gizli əlin sizə kömək etdiyini hiss edəcəksiniz. 

Allaha əmanət olun ...

ŞƏRH YAZIN