Əxlaq Ustadından Qiymətli Dərs

0
14138
Əxlaq Ustadından Qiymətli Dərs

Böyük əxlaq ustadlarından biri atı ilə səfər edirdi. Yolda gedərkən yerdə oturub ağlayan bir nəfərə rast gəldi. Ondan səbəbini soruşdu. Həmin adam dedi: 

- Özüm əliləm yeriyə bilmirəm, yeməyib qurtarıb acam, yolda qalmışam gedə bilmirəm. 

Ustadın ona yazığı gəldi, atdan düşərək onu öz atına otuzdurdu. Həmin adam ata oturan kimi atı çaparaq qaçmağa başladı. Ustadın atı ilə bərabər pulları və bütün ehtiyatları da əlindən çıxdı. Uca səslə oğrunu səsləyərək fəryad etdi: 

- Ey cavan, hər şeyi sənə halal edirəm, amma bu əhvalatı heç yerdə danışma. 
 
Oğru dedi: 

- Nə üçün?! 

Ustad dedi: 

- Çünki əgər sən bu əhvalatı camaata danışsan, heç bir süvari yolda qalmış adamı götürməyəcək, heç bir sağlam adam xəstə adamın xəstə olduğuna inanmayacaq, heç bir imkanlı adam imkansız adama kömək etməyəcək.

Həmin cavan atı saxlayaraq geri qayıtdı və ustada dedi: 

- Ey ustad, sən mənə elə bir dərs verdin ki, bütün dünya var-dövlətindən dəyərlidir. Mənim üçün dünyada bu dərsdən qiymətli sərvət ola bilməz. Sən həqiqətən əxlaq ustadısan.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN