İnsanlar Hansı Yaşda Xoşbəxt Olur?

0
2524
İnsanlar Hansı Yaşda Xoşbəxt Olur?

İnsanlar hansı yaşda daha çox xoşbəxt olurlar? İngiltərənin Yale şirkəti bu sual üzərindən araşdırma aparıb. Şirkət yaşı 40-dan yuxarı olan 2 min insan arasında sorğu keçirib.

Sorğu nəticəsində məlum olub ki,insanlar özlərini orta hesabla 34 yaşlarında daha çox xoşbəxt hiss edirlər.

Sorğuda iştirak edənlər bildiriblər ki,məhz 34 yaşında evləniblər,karyeralarında istədikləri mövqeyə çatıblar,maliyyə baxımından sərbəst olurlar.

20 yaşlarında özlərini daha çox xoşbəxt hiss edənlər isə qeyd ediblər ki, bu yaşda azad və sosial fəaliyyətlərdə aktiv olurlar.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN