Sirli Şəhərlər

0
3302
Sirli Şəhərlər

Arxeoloqlar apardığı araşdırma nəticəsində dünyanın 20 sirli ölkəsinin adını müəyyən edib. Belə ki, arxeoloqlar adı çəkilən 20 ölkənin bənzərsiz sirlərə sahib olduğunu bildirib.   Bir çox sirləri ilə insanların diqqətini çəkən bu şəhərlər haqqında məlumatlar çox azdır.

Dünyanın keçmişini özündə əks etdirən ölkələr sırasında ən sirli olanı isə Mayya siviliziasiyasının ən böyük şəhərlərindən biri olan Qvatemalanın Peten bölgəsində yerləşən Tikal şəhəridir. Tikal adının mənası isə mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" anlamına gəlir.

Bu sırada ikinci yerdə Ktesifon şəhəri  dayanır. Şəhər əvvəlcə Parfiyanın, sonra isə Sasanilər imperiyasının paytaxtı olub. Ərəblər şəhəri  Mədaini Səvad adlandırırdılar. Bu söz bizim dilə tərcümədə "qara" mənasını verir.

Zimbabve isə Afrikanın cənubunda yerləşən bir ölkədir. Ölkənin cənub qütbündə yerləşən Nidebele qəbiləsi uzun zamandır azsaylı insanların ziyarəti ilə kifayətlənməli olur. Tipik kənd ölkəsi olan Zimbabvedə 12 milyonluq əhalinin böyük əksəriyyəti kəndlərdə yaşayır.

Bu siyahıda Pakistanın Mohenco-Daro şəhəri dəyer alır. Sirlərlə dolu olan bu şəhər Mohenco-Daro "Ölülər şəhəri" deməkdir. 

Benqladeş  dünyanın ən kasıb ölkələri sırasında liderdir. Az inkişaf etmiş, amma sirlərlə dolu olan bu şəhərin əsas gəliri kənd təsərrüfatından əldə edilir. Bu ölkədə isə ən az ziyarət edilən şəhər Bagerhatdır.

ABŞ-a aid olan Mesa Verde şəhərində ən çox ispanlar məskunlaşıb. Bu ad ispancaya tərcümədə "Yaşıl tablo" deməkdir.  

Sirli şəhərlər sırasına Hindistanın Vicayanqar, Türkiyənin Ani Efes, Misirin Teb, Tunusun Kartic, İranın Persepolis, Meksikanın Palenque, İtaliyanın Popei və Harcleniyum şəhərləri də aiddir.   Qeyd edək ki, tərk edilmiş, sirli olan bu şəhərlərə çox az sayda ziyarətçilər gəlir. Hətta bəzən həmin şəhərlərdə yaşayan insanlardan başqa heç kəsə rast gəlmək mümkün olmur.  Siyahıda İordaniyanın Petra, Kambocanın Angkor, Kolumbiyanın Perdida, Meksikanın Çiçən İtza şəhərləri də yer alır. Siyahıda ən sonuncu yerdə isə Monqolustanın Xanadu şəhəri dayanır. 

 
 
 
Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN