Dünyanın Sonu

0
11464
Dünyanın Sonu

Bir universitetdə professor dərsə belə başlayır:

- Təsəvvür edin ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt hər şey yox olacaq. Xilas olmaq imkanınız da yoxdur. Bu gün nə edərdiniz ?

Tələbələrdən müxtəlif cavablar gəlir:

- Dua edər, Allahdan günahlarımın bağışlanmağını istərdim.

- Bütün sevdiklərimlə vidalaşardım ...

- Vaxtımı ailəmlə birlikdə keçirdərdim ...

- Atamın –anamın yanına gedərdim ...

- Dostlarımla bir yerdə olardım...

- Sevgilimə onu nə qədər sevdiyimi söyləyərdim ....

- Bütün sevdiyim yeməkləri yeyərdim ...

- Son dəfə meşədə gəzərdim...

- Son dəfə ulduzlara baxardım ...

- Son dəfə dənizi seyr edərdim ....

- Ən sevdiyim kitabı oxuyardım ....

- Ən sevdiyim musiqiyə qulaq asardım ...

- Ən çox sevdiyim yeməkləri bişirib , bütün sevdiklərimi qonaq çağırardım ...

- Həyatda ən çox getmək istədiyim yerə gedər və ölümü orda gözləyərdim ...

- Qəlbinə dəydiyim insanlara zəng edər, üzr istəyər , məni bağışlamalarını xahiş edərdim ...

Professor bu cavabların hamısını lövhəyə yazır. Sonra gülümsəyərək:

- Uşaqlar , doğurdanmı bütün bunları etmək üçün dünyanın son gününü gözləmək lazımdır -deyə soruşur, - Bəli bu gün dünyanın son günüdür.

 

Elə isə siz nə edərdiniz?

 

ŞƏRH YAZIN