Cənnətdən Torpaq Payı!

0
7513
Cənnətdən Torpaq Payı!

Müəllim məktəbdə tapşırıq verərkən uşaqlara deyər:

- Sabah ən qiymətli,ən çox dəyər verdiyiniz şeyi dərsə gətirin.
 
Səhəri gün uşaqlardan kimisi quzusunu,kimisi ayaqqabısını, kimisi bəzəkli dəsmalını və sairə şeylərini dərsə gətirər. Hamısı baxar, növbə ən sonuncu uşağa gələr. Müəllim ondan soruşar:
 
- Sənin ən dəyərli əşyan nədir bəs?
 
Uşaq dəsmalın içinə bükülmüş bir şey çıxarıb stolun üstünə qoyar. Müəllim baxıb:
 
- Oğlum axı bu torpaqdı, deyər.
 
Uşaq:
 
- "Müəllim o cənnət toprağıdı. Sizə cənnətdən torpaq gətirdim.Mənim ən dəyər verdiyim şey budur" deyər.
 
Müəllim təəcüblə:
 
- "Bəs hardan gətirmisən ki, bu torpağı?" deyə soruşar və uşağın gözündən yaş axmağa başlayar, cavab verər ki:
 
-Müəllim anam ölmədən öncə ayaq bastığı yerdən götürmüşəm, həmişə demirlər ki "Cənnət anaların ayaqları altındadır"? Buyurun cənnətin torpağı...!


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN