Həyatın qrammatikası

0
6958
Həyatın qrammatikası

Bir gün bir az özünə məftun bir qrammatika müəllimi yaşadığı şəhərdən bir adaya köçmək istəyir. Sahildə gözləyən bir qayıqçı rastlaşır, birlikdə yola düşürlər. Dənizin ortasına gəlib çatanda qrammatika müəllimi soruşur:

 
 - Sən qrammatika öyrənmisən?
Qayıqçı: - Mən avam adamam, bəyim, ömrümdə heç bir qrammatik qayda öyrənməmişəm - deyir
Qrammatika müəllimi istehza ilə gülümsəyərək:
- O zaman sənin ömrünün yarısı boşa gedib - deyə cavab verir
Dənizdə irəlidəkləri zaman qəflətən hava tutulur, şiddətli yağış başlayır, fırtına qopur. Qayıqçı bir tərəfdən qayığın batmasının qarşısını  almağa çalışır, digər tərəfdən tir-tir əsən qrammatika müəllimindən soruşur : 
 - Bəyim, siz üzmək bacarırsınız?
Qrammatika müəllimi xeyr  deyən kimi, qayıqçı:
 -Bax, bu çox pis oldu, qayıq batır və həyatınızın hamısı boşa gedəcək!- deyir.

Uğur qazanamağı bilməməkdən daha pis olanı yanlış bildiyin bir şeyin doğru olduğunu sanmaqdır!
      

Yaşam Koçu, NLS Təhsil və Psixologiya, 
Konsultasiya mərkəzinin direktoru
Ruhiyyə Rüstəmova
 

ŞƏRH YAZIN