Əngəlləri Dəf Etdi Və ...

0
11341
Əngəlləri Dəf Etdi Və ...

Bir gün kral saraya gedən yolun üzərinə böyük bir qaya parçası qoydurur və saraya gələnlərin qaya parçasını görub nə edəcəklərini bilmək üçün gözləməyə başlayır.Ölkənin ən zəngin tacirləri,ən güclü sərkərdələri,sarayın vəzifəli şəxsləri bir-bir gəlir,hamısı qaya parçasının ətrafından dolanıb saraya girirlər.Qaya parçasını qaldırmaq bir yana dursun,əksəriyyəti kralı yüksək səslə tənqid etməyə başlayırlar:
-Xalqdan bu qədər vergi yığır,amma yolları təmiz saxlaya bilmir-deyirlər
Bu vaxt saraya meyvə-tərəvəz gətirən bir  kəndli də bu yoldan keçir.O belindəki yükü yerə qoyub,iki əli ilə qaya parçasını qucaqlıyır və onu yolun kənarına itələməyə başlayır.Qaya parçasını yoldan kənara çəkib,elə yükünü təzəcə belinə almışdı ki,qaldırdığı qayanın yerində köhnəlmiş bir kisə görür.Kəndli kisəni acır,içərisindən qızıl və kagız parçası çıxır.Kagızda isə yazılmışdı:
"Bu qızıllar qayanı yoldan çəkənə aiddir"

Həyat davam edərkən qarşımıza çıxan əngəllərdən qaçmağa çalışarıq,ancaq çıxış yolu tapmaq üçün daha az səy göstərərik.Əngəllərə,problemlərə ilişib qalmaq əvəzinə,onlara qarşı çıxış yolu tapmaq bizə yeni fürsətlər təqdim edə bilər.

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN