Erkən Qalxan Yol Alar!

0
9850
Erkən Qalxan Yol Alar!

 Əgər günə sağlam və gümrah şəkildə başlamaq istəyirsinizsə, səhər tez oyanın. Təbii ki bunun üçün də gecə vaxtında yatmaq və yerimizə girən kimi yuxuya getməyə çalışmaq lazımıdır. Səhər anamız bizi səsləyib oyadan kimi yerimizdən durmağı bacarmalıyıq. Ən çətini əl-üzümüzü yuyana qədərdir. Ondan sonra əla bir gün başlayır. Yuxudan tez qalxmaq hər zaman faydalıdır. Dərs oxumaq üçün effektli saatlar qazanmağın ən birinci yoludur. Səhər tez qalxan insan heç vaxt zərərə uğramaz.

Keçmiş dövrlərdə bir qoca hər gün səhər tezdən padşahı salamlamaq üçün onun sarayına gedərmiş. Və hər gün də eyn sözü deyərmiş: «Hədəfinə çatana qədər səhər tez qalx». Hökmdar isə bir az tənbəl olduğu üçün qocanın bu sözləri ilə heç vaxt razılaşmazdı. Çünki gecələr vaxtının çox hissəsini əyləncədə keçirdiyi üçün səhər tez qalxmaq ona ağır gələrmiş. Ancaq qocaya hörmət etdiyinə görə heç nə deyə bilmirmiş. Padşah qocaya səhər tez qalxmağın o qədər də faydalı olmadığını sübut etmək qərarına gəldi. Bunun üçün bir-iki adamına əmr edir ki, qoca səhər tezdən evindən çıxdığı zaman onu soysunlar. Bir səhər padşahın planladığı kimi evindən çıxan kimi iki nəfər yolunu kəsib hər şeyini alır. Qoca evinə qayıdıb başqa paltar geyinib, daha sonra həmişəki kimi padşahın hüzuruna çxır.

 

Padşah soruşur: Bu gün niyə gecikdin?

 

— "Səhər evimdən çıxıb saraya gələrkən hər şeyimi oğurladılar. Mən də evə qayıdıb başqa paltar geyinmək məcburiyyətində qaldım", — deyir.

Padşah: — Gördünmü, səhər tezdən qalxdığın üçün başına bu iş gəldi.

Qoca gülümsəyərək deyir: " — Yanılırsınız. O oğrular məndən də tez qalxdıqları üçün məni soymağı bacardılar".

Korrektor redaktor: Salmanlı Ayna 

ŞƏRH YAZIN