Həyatınızı şikayətlənmədən yaşayın!

0
8867
Həyatınızı şikayətlənmədən yaşayın!

 Bir zamanlar birisi Allahdan bir çiçək və bir kəpənək dilədi... Bunu ürəkdən arzulayaraq, Allaha çoxlu-çoxlu dualar edirdi xəyalının gerçəkləşməsi üçün. Lakin Allah ona çiçək və kəpənək əvəzinə bir kaktus və bir tırtıl verdi. Adam çox pis oldu, niyə diləyi yalniş anlaşılmışdı, başa düşə bilmirdi. Və sonda şikayətlənməməyə, suallar verməməyə qərar verdi.


Aradan bir xeyli zaman keçəndən sonra adam eləcə buraxdığı, maraqlanmadığı xəyalının nə yerdə olduğunu baxmağa gəldi. Fəqət gözlərinə inana bilmirdi. Tikanlı və çirkin kaktusdan gözəl, göz qamaşdırıcı bir çiçək ortaya çıxmışdı. Və göz zövqünü korlayan tırtıl möhtəşəm bir kəpənəyə çevrilmişdi. Bunlari gördüyü zaman adam dərk etdi ki, Allah nə etdiyini bilir, onun yolu hər zaman ən doğrusudur... 

Bizə tamam yalnış görünsə belə... Əgər Allahdan bir şey istəsəniz və o sizə başqa bir şey verərsə Güvənin! Onun hər zaman sizə ehtiyac duyduğunuz şeyi uyğun zamanda verəcəyinə əmin ola bilərsiniz. Buna görə də şübhələnmədən və şikayət etmədən həyatınıza davam edin. Unutmayın, bu günün tikanı sabahin ÇİÇƏYİDİR!

ŞƏRH YAZIN