Mərhəmət

0
5595
Mərhəmət

Ayaqqabıçı yeni gətirdiyi malları vitrinə yerləşdirərkən küçədəki bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan idman ayaqqabılarına rəğbət çox idi. Əslində mallar lüks sayılmazdı ,amma kiçik bir dükan üçün uyğun idi. Onların ən gözəlini ön tərəfə qoyunca uşaq vitrinə doğru bir az daha yaxınlaşdı. Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə..

Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sol qismi dizinin alt qismindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan çıxıb yola qoyulduğunda adam dükandan çölə atılıb:

- Balaca,- deyə səsləndi. Ayaqqabı almağı düşündünmü?Bu ilki modellər bir möcüzədir!.

Uşaq ona dönərək:

- Həqiqətən çox gözəldirlər,- deyə təbəssüm etdi. Amma mənim bir qıçım doğuşdan əskikdir.

- Məncə əhəmiyyətli deyil,-deyə atıldı adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki!. Kiminin əli əskik, kiminin də qıçı. Kiminin də ağılı ya da imanı. Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdirdi:

- Kaş ki imanımız əskik olacağına ayaqlarımız əskik olsa idi. Uşağın ağlı yaxşıca qarışmışdı. Bu səfər adama doğru yaxınlaşıb:

- Anlaya bilmədim!. dedi. Niyə elə olsun ki?

- Çox sadə,-dedi,- adam. Əgər imanımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orda bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar sağlamlara nisbətlə daha çox mükafat görəcəklər…
Kiçik uşaq bir dəfə daha təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar yüngülləşmiş kimi idi. Adam vitrinə işarə edərək:

- Baxdığın ayaqqabı sənə yaraşar,- dedi,- sınamaq istərsənmi?

Uşaq başını yanlara yelləyib:

- Üzərində 30 manat yazır,-dedi,-.almağım mümkün deyil ki!.

- Endirim mövsümünü, sənin üçün bir az önə alaram!. dedi adam. Bu halda 20 manata düşər. Onsuz da sən bir təkini alacaqsan,o da 10 manat edər.

Uşaq bir az düşünüb:

- Ayaqqabının digər təki işə yaramaz!,-dedi,- onu kim alacaq ki?

- Amma uzatdın ha,- deyə güldü adam. Onu da sağ ayağı əskik olan bir uşağa sataram.

Kiçik uşağın ağılı bu sözlərə yatmışdı. Adam davam edərək:

- Üstəlik də şagirdsən deyilmi?,- deyə soruşdu.

- İkiyə gedirəm,-deyə atıldı uşaq. Üçə keçdim sayılır.

- Lap yaxşı!,-dedi,-adam. 5 manat da şagird endirimi etsək, geri qalar 5 manat. O da bazarlıq payı olar. Bu vəziyyətdə ayaqqabı sənindir, satdım getdi!.

Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər, onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam vitrində olanı çıxartdı. Bir taburetka götürüb döndükdən sonra uşağı oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni göstərərək:

- Mənim satış əməliyyatım bitdi,-dedi,- sən də mənə bunu satsan məmnun olaram.

- Zarafatmı edirsiniz?,-deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı pul edərmi?

- Sən çox cahil qalmısan,ay yoldaş,-dedi,-  Antikvar əşyalardan xəbərin yoxdur hər halda. Bir antikvar nə qədər köhnə isə o qədər çox pul məbləği edər. Bu yüzdən ayaqqabın məncə ən az 30- 40 manat edər.

Kiçik uşaq ard-arda yaşadığı şokları üzərindən ata bilmiş deyildi. Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu. Adamın həyəcandan tərləyən ovuclarına sıxıştırdığı kağız pullara göz gəzdirdikdən sonra 10 manatlıq banknotu geri verərək:

- Mənə görə 20 manat bəsdir,-dedi,- endirim mövsümünü başlatdınız axı!..

Adam onu qıra bilməyib pulu götürdü,və bu vaxt yanağına bir öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı. Əgər bütün mallarını bir gündə satsa, belə bir xoşbəxtliyi tapa bilməzdi. Uşaq, yavaşca yerindən qalxdı. Sanki qoltuqağacına ehtiyac duymurdu. İsti bir təbəssümlə təşəkkür edib:

- Atam haqlıymış,-dedi,- şikəst olduğum üçün kədərlənməmə heç ehtiyac yoxdur,- demişdi…

ALLAH HEÇ KİMDƏN MƏRHƏMƏT HİSSİNİ ƏSKİK ETMƏSİN..!

 

Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN