Niyə deyirlər ki, pulların qoxusu yoxdur?

0
2889
Niyə deyirlər ki, pulların qoxusu yoxdur?

Sən demə “pulların qoxusu yoxdur” (Pecunia non olet – pulların iyi gəlmir) kimi məşhur ifadə Qədim Roma mənşəlidir. Bu sözlər imperator Vespasianın özünün dilindən bizim eranın birinci yüz illiyində səslənib. Rəvayətə görə imperatorun oğlu Taytus ictimai yerlərdə tualetdən istifadəyə görə vergi tətbiq etməsinə görə qınayıb, yəni o, dövlət xəzinəsinin bu cür doldurulması üsulunun utancverici olduğunu söyləyib.


Buna cavab olaraq imperator ona ödənişli tualetlərdən yığılan pulları qoxulamağı təklif edib, baxmaq üçün ki, bu pulların iyi gəlir ya yox? Cavab isə belə olub: “Xeyr, qoxusu yoxdur”. Həmin gündən bəri “pulların qousu yoxdur” ifadəsi tez-tez işlənməyə başlayır. Bu fraza bu gün də işlədilir, məqsəd isə pulun alıcılıq xüsusiyyətinin onun mənşəyindən və necə qazanılmasından asılı olmadığını göstərməkdir.

Ödənişli tualetlər isə bizim zamanda da fəaliyyət göstərir və öz sahiblərinə pul qazandırır.

 

ŞƏRH YAZIN