Olan Hər Şey Yaxşılığadır..

0
12922
Olan Hər Şey Yaxşılığadır..

Qədim zamanlarda bir şah yaşayırdı. Onun yaxın bir dostu var idi. Həmin dostunun bir xasiyyəti var idi, hər nə olursa olsun, hər zaman: “Belə olması yaxşıdır!”,- deyərdi.

Günlərin birində şah ova çıxır və tüfəngləri dostu doldurur. Tüfənglərin birində yaranmış nasazlıq ucbatından atəş zamanı partlayışdan şahın baş barmağı kəsilir. Bunu görən dostu hər zaman olduğu kimi: “Belə olması yaxşıdır!”,- deyir.

Bu sözləri eşidən şah qəzəblənir: “Bunun harası yaxşıdır!!!”,-deyir və dostunu zindana atır. Bu hadisədən bir neçə il ötür və günlərin birində şay yenidən ova çıxır. Bu dəfə o ova tək çıxmaq istəyir, çünki onun ov edəcəyi ərazi ona təhlükəsiz gəlirdi. Lakin ov zamanı onu adamyeyənlər tutur və öz kəndlərinə gətirirlər. Şahı ağaca bağlayıb, ətrafına odun səpirlər. Odunu yandırmaq üçün yaxınlaşanda şahın baş barmağının olmadığını görüb onu açırlar. Çünki onların inanclarına görə bədənində çatışmazlıq olan insanın əti murdar sayılırdı.

Şah sevincək öz sarayına qayıdır, yadına dostu və dediyi sözlər düşür. Tez zindana gedərək dostunu tapır, ona başına gələn hadisəni danışaraq dostunu türməyə atdığından utandığını və üzr istədiyini bildirir:

- Sən o zaman demişdin ki, belə olması daha yaxşıdır, ancaq mən səni zindana atdım.

Dostu: – Belə olması daha yaxşıdır.

Şah: – Nəyi yaxşıdır? Sən bu zindanda çürüyürsən, bu yaxşı heç yaxşı ola bilər?

Dostu: – Şah sağ olsun, əgər siz məni o zaman zindana atmasa idiniz, bu gün sizin yerinizə məni yeyəcəkdilər. Odur ki, belə olması daha yaxşıdır.

Ümid edirəm hər biriniz bu hekayəni anlayıb ondan öz həyatınızda geniş istifadə edəcəksiniz. Hər zaman nə olursa olsun, bilin ki, belə olması daha yaxşıdır.

Əgər Allah sənə hər bir şey veribsə, hər şey yaxşıdır.
Əgər Allah səni istədiklərini yavaş-yavaş verirsə, deməli hər şey əladır.
Əgər Allah sənə heç bir şey verməyibsə, deməli, o,sənin üçün daha yaxşı bir şey planlayıb…

Korrektor redaktor:Salmanlı Ayna

 

 

 

ŞƏRH YAZIN