Qağayıların Hekayəsi

0
6772
Qağayıların Hekayəsi

İllər əvvəl çox gözəl bir ölkə varmış. Təbii hər nağılda olduğu kimi bu nağılda da o ölkənin bir kralı və təbii ki bir də şahzadəsi varmış. Şahzadə dünyalar gözəli bir qızmış. Kral ona baxılmasını qadağan etmiş, hər gün gəzmək üçün saray gözətçiləri ilə sarayın xaricinə çıxacağı elan edildiyində xalq əyilər və gözlərini bağlayar, ya da evlərinə qaçarlarmış. Onu görmənin əvəzi ölümlə cəzalanmaqmış. Günlərdən bir gün yenə şahzadə gəzmək üçün çıxdığında; kasıb bir kəndli cavan hər şeyi gözə alaraq başını qaldırmış və şahzadə ilə göz gözə gəlmişlər... O an kasıb cavan şahzadəyə inanılmaz bir eşqlə tutulmuş. Şahzadənin dərin baxışlarının da boş olmadığını düşünmüş və günlərlə yata bilməmiş. Kasıb cavan ölümü belə gözə alaraq bahasına, şahzadəni bir dəfə daha görmək üçün çalışmış. Bu vaxt gözəl şahzadə də onu tutulmuş onun zərər görməməsi üçün günlərlə özünü saraya bağlamış. Sonunda dözə bilməyən kasıb cavan hər şeyi gözə alaraq gizlicə sarayın bağça divarına dırmaşmış və şahzadə ilə bir dəfə daha göz gözə gəlmişlər. Kasıb cavan dərhal divardan atlamış və şahzadə ilə danışacağı anda saray gözətçilərinə tutulmuş. 


Kralın qarşısına çıxarılan oğlan ölümlə cəzalandırılacağını bildiyindən krala şahzadəyə duyduğu eşqini izah etmiş. Kral ölüm əmrini verəcəyi anda şahzadənin yalvarışlarına dözə bilməyərək cavana başqa bir cəza verməyi qəbul etmiş. Dərhal bir gəmi hazırlatdıran kral, gedilə biləcək ən uzaqdakı adaya bir fənər tikdirmiş və kasıb cavanı da o adada tək yaşamağa məhkum etmiş... Aradan bir neçə Ay keçməsinə baxmayaraq şahzadəni unuda bilməyən cavan oğlanşahzadəyə olan eşqini kağızlara tökmüş və qağayılara izah etməyə başlamış...

Artıq bütün qağayılar kasıb cavanın şahzadəyə olan eşqini anlamış və yazdığı məktubları şahzadəyə aparmağa başlamışlar... zamanla şahzadənin də yazmış olduğu məktubları kasıb cavana aparan qağayılar vasitəçiliyi ilə iki gəncin arasındakı eşq yaxşıca böyümüş. Ta ki... Bir səhər sarayın bağçasında nahar edərkən şahzadənin otağının pəncərəsinə ağızında bir məktubla qonan qağayını kralın görməsinə qədər. Təbii qorxulduğu kimi olmamış... 

Qağayıların belə vasitəçi olduğu İki gəncin arasındakı böyük eşqi anlaya bilmədiyi üçün özündən utanmış və ağlayaraq qızına sarılan kral, dərhal bir gəmi göndərib kasıb cavanı oğlanı gətirdib özü ilə evləndirəcəyini söyləmiş. Buna eşidincə çox xoşbəxt olan şahzadə dərhal cavana bir məktub yazmış və olanları izah etmiş. 

Bu vaxt məktubu aparmaq üçün gözləyən qağayıya da bütün qağayıların toylarına qonaq olduğunu söyləmiş. Buna çox sevinən qağayı məktubu bir an əvvəl kimsəsiz adaya aparmaq üçün yola çıxmış. Tam yolu yarılaya bilmişkən yanından keçən bir neçə qağayı yoldaşına xəbər verib hamısının toya qonaq olduğunu söyləmək üçün dimdiyini açdığında məktubu salmış. Bütün qağayılar birlikdə məktubu axtarışa başlamışlar. Lakin heç cür tapa bilməmişlər... Bu vaxt şahzadədən məktub ala bilməyən aşiq cavan oğlan, yazmış olduğu məktubları göndərmək üçün bir tək qağayı belə tapa bilməmiş... Bir az irəlisində uçurlar lakin yanına getmirlər və məktubu axtarırlarmış... Şahzadənin özünü artıq unutduğunu, istəmədiyini, qağayıların da onun üçün yanına gəlmədiyini sanan cavan kədərindən sonunda özünü fənərdən qayaların üzərinə ataraq intihar etmiş. Olanlardan xəbərsiz kralın gəmisi adaya çatdığında kasıb cavanın soyuq bədəni ilə qarşılaşmışlar... İşdə o gün bu gündür, qağayılar o məktubu axtararlar. Məktubu tapıb, o inanılmaz sevgini geri gətirə biləcəklərinə, hər şeyi düzəldəcəklərinə, inanaraq həmişə dənizlər üzərində uçuşub dayanarlar.

ŞƏRH YAZIN