Sahib Olduqlarınla Öyünmə!

0
18013
Sahib Olduqlarınla Öyünmə!

Bir alim öz istirahət günlərini dəniz kənarında keçirirdi. Günlərin bir günü dənizdə gəzmək üçün bir qayığı kirayə götürdü.Gəzinti zamanı qayıqçıdan soruşdu:

– Dostum, sənin fizikadan başın çıxır?

Qayıqçı cavab verdi:
– Xeyr cənab, başım çıxmır.

Alim dedi:
– Necə də bədbəxt adamsan, fizikanı bilməyən hər kəs ömrünün üçdə birini bada verib.

Bir qədər gəzdikdən sonra alim yenə qayıqçıdan soruşdu:
– Qardaş, yaxşı bəs astronomiya elmindən necə, bir şey bilirsən?

Qayıqçı:
– Yox, ondan da heç nə bilmirəm.

Alim:
– Ah qardaşım, sən həqiqətən də bədbəxt insansan, çünki astronomiya elmini bilməyən insan ömrünün üçdə ikisini yelə veribdir.

Elə bu zaman güclü külək əsib qayığı çevirdi. Bu dəfə qayıqçı alimdən soruşdu:
– Cənab, siz üzə bilirsiniz?

Alim cavab verdi:
– Yox, təəssüflər olsun ki, üzə bilmirəm.

Qayıqçı:
– Elə isə məndən möhkəm yapış, yoxsa ömrünün üçdə üçü də yelə gedəcək!

Nəticə: Sahib olduğunuz heç nə Sizi lovğalandırmasın! Bəzən elə şəxslərin işi elə şəxslərin vasitəsilə yoluna qoyulur ki, onlar cəmiyyətin ən sadə nümayəndələri kimi tanınmışdır. Sadəlik və təvazökarlıq ən ali gözəllikdir!
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN