Camal Kondu: “Nlp İlə Kəşf Ediləcək Çox Şey Var” - Müsahibə

0
1876
Camal Kondu: “Nlp İlə Kəşf Ediləcək Çox Şey Var” - Müsahibə

20 il əvvəl mən taksi sürməklə məşğul idim. Bir dəfə gecənin yarısında mən bir sərnişini götürmək üçün binaya yaxınlaşdım.Ətraf tamami ilə qaranlıq idi.Yalnız pəncərədən bir evin işığı görünürdü.Belə hallarda çox taksi sürücüsü yalnız siqnal verməklə kifayətlənərdi,bir az gözləyər sonra çıxıb gedərdi.Ancaq mən həddən çox əldən düşmüş insanlar tanıyırdım ki,onlar üçün taksi ən vacib nəqliyyat vasitəsi idi.Əgər heç bir təhlükə hiss etməsəydim,mən həmişə qapıya gedərdim.Mən səbəb kimi göstərirdim ki,bəlkə o elə insandır ki,mənim köməyimə ehtiyacı var.Ona görə də mən qapıya yaxınlaşdım və qapını döydüm.

“Bir dəqiqə” taqətsiz ağbirçəyin səsi eşidildi.Mən döşəmənin üstündə nəyinsə sürütlədiyini eşitdim.Uzun müddətdən sonra qapı açıldı.80 yaşlarında bir qoca qadın qabağımda dayandı.O,çəhrayı rəngli don geyinmişdi.Əlində də üstü örtüklə bağlanan dərman qutusu vardı.40-cı illərin kinosundakı aktrisalara bənzəyirdi.Digər əlində də çamadanı vardı.
 
Mənzil sanki neçə vaxtdır ki adam yaşamayan yerə oxşayırdı.Bütün mebellər ağ mələfə ilə örtülmüşdü.Divarda heç bir saat ,evə lazimı əşyalar yox idi.Yalnız küncdə içi şəkillərlə və şüşə qablarla dolu olan qutu vardı.”Mənim çamadanımı maşına apararsız?” o dedi.Mən çamadanı maşına qoydum və sonrada ona kömək etmək üçün qayıtdım.O,qolumdan tutdu və maşına doğru getdik.O,mənə ona göstərdiyim kömək üçün təşəkkür etdi.
- “Bir şey deyil”mən dedim.”Anama qayğı göstərdiyim kimi bütün sərnişinlərə qayğı göstərməyi sevirəm”.
- “Oo ,siz necə də yaxşı oğlansız”
Biz maşına oturanda o mənə ünvanı verdi,sonra soruşdu:
- ”Şəhərin mərkəzinə sürə bilərsiz?”
- “Bu o qədər də qısa məsafə deyil”mən cəld cavab verdim.
- ”Eybi yoxdur.mən tələsmirəm.Mən əlillər evinə gedirəm” .
Mən güzgüdən arxaya ona bir nəzər saldım .Onun gözləri parıldayırdı.
- “Mənim ailəm də yoxdur”o davam etdi.”Həkim deyir ki,mənim çox da uzun ömrüm qalmayıb”.
Mən tez sürəti qaldırdım və məsafəni qət etməyə başladım.İki saat şəhərə doğru maşın sürürdüm.O,mənə binaları keçdikcə birinci dəfə lift operatoru işlədiyi binanı göstərdi.Onun yaxınlığındakı binaya çatanda əri və o yenicə evlənəndə bu binada yaşadıqlarını dedi.O,mebel anbarının yanına çatanda maşını saxlatdı.Burda rəqs zalı vardı.O,gənc qız olanda bura rəqsə gəlirdi.
Bəzən vaxt onun üçün nəsə xüsusi olan binaların qabağından,yaxud da döngələrdən keçəndə o məndən maşını yavaş sürməyimi xahiş edirdi.Yerində oturub heç bir söz demədən qaranlığa gözlərini dikib baxırdı.
Günəşin birinci işartısı üfiqdən görünəndə o birdən dedi:
- ”Mən yorğunam .İndi sürətlə gedək”.
Biz  həmin ünvana sürüb çatdıq.Bu balaca müalicə otaqları olan bina idi.Maşın yolu ilə eyvanın altına düşdük.Mən maşını saxlayan kimi iki xadimə bizə doğru gəldi.Hər hərəkətinə diqqət verməklə onalar çox qayğıkeş və diqqətli idilər.Onlar onu yəqin ki gözləyirdilər.Mən maşının arxa qapısını açdım və çamadanı götürdüm.Qoca qadın artıq təkərli arabada  oturmuşdu.
O ,pul qabını götürərək
- “Sizə nə qədər verməliyəm ?”
- “Heç nə “mən dedim
- “Siz də axı bununla dolanırsız”
- “Başqa sərnişinlər də var”
Bir anlıq fikirləşmədən mən ona doğru əyildim və onu qucaqladım.O da məni bərk-bərk qucaqladı.
-“Sən yaşlı bir qadına çox xoş an yaşatdın.Sağ ol”
Mən onun əlini sıxdım,sonra səhərin zəif işığında yeridim.Arxamca qapını bağladılar.Bu həyatın bağlanan qapısının səsi idi.
Mən həmin gün heç bir sərnişin götürmədim.Fikirlər başımda dolaşaraq bütün günü ele sürürdüm.Günün qalan hissəsi mən güclə danışa bilirdim.Əgər o qadın həmin günü ya çox əsəbi,ya da çox səbirsiz insana rast gəlsəydi nə olardı?Əgər mən onu götürməyə getməsəydim,ya da siqnal verib eləcə də çıxıb getsəydim nə olardı?
 
Bu fikirlər cəld başımdan çıxdı.Mən həyatımda vacib bir şey etmişdim.Biz şərti olaraq fikirləşirik ki,bizim həyatımız xoşbəxt anlar ətrafında dövr edir.Ancaq xoşbəxt anlar bizi xəbərimiz olmadan yaxalayır-digərlərinin kiçik zənn etdiyi anlarda bağlı hədiyyə kimi.
 
Tərcümə etdi:Ülviyyə Salahova
 
 

ŞƏRH YAZIN