Ağlasığmaz Həqiqətlər

0
4459
Ağlasığmaz Həqiqətlər

Butan – o dərəcədə sirli ölkədir ki, heç kəs bu ölkənin əhalisinin sayını dəqiqliklə bilmir. Əhalinin ən son qeydə alınması isə 1975-ci ildə həyata keçirilib.

Böyük qütb ayıları adətən ovlarının dərisini və yağını yeyir, əti isə daha kiçik ayılara və digər heyvanlara saxlayırlar. Qütb ayıları həqiqətən də qayğıkeş heyvanlardır.
 
Bəzi eskimoslar qidalarını soyuğun təsirindən və donmadan qorumaq soyuducudan istifadə edirlər. Bu cəhətdən oradakı soyuğu təsəvvür etmək elə də çətin deyil.
 
Dünya okeanənda tariximiz boyu əldə edilən qızıl həcmindən 200 dəfə artıq çox qızıl vardır.
 
Uilyam Şekspir öz adını bir neçə müxtəlif üsullarla tələffüz edirdi.
 
Beyniniz yatdığınız zaman televizora baxdığınız zaman olduğundan daha fəaldır.
 
Yaponiyada mövcud olan bir inanca görə uzun müddət istifadə edilməyən çətir Kasa-Obake adlı bir gözlü və bir ayaqlı hoppanan şeytana çevrilir.
 
Dünyada ilk özünəxidmət restoranı ilk dəfə Nyu-Yorkda peyda olub və yalnızca kişilərin ziyarətinə icazə verilirdi. Müştərilər burada ayaq üstə dayanaraq nahar edirdilər.
 
Nyu-Hempşir ştatında nömrə nişanlarında əks olunan devizdə deyilir: “Azad yaşa, ya öl”. Bu nişanlar isə ştat həbsxanalarındakı məhkumlar tərəfindən hazırlanır.
 
Fransada insan simasına malik olmayan gəlinciklərin satışı qadağan idi.
 
Əlində qaynar içki tutan bir insan onu əhatə edən insanları da daha “isti” – daha dostcanlı və mehriban görür.
 
1916-cı ildən etibarən ABŞ-da poçt vasitəsilə evin göndərilməsi qadağandır. Qanun ilk başdan sizə məntiqsiz təsir bağışlaya bilər. Lakin bu qanun Yuta ştatında yaşayan bir şəxsin 40 tonluq evini yüksək vergidən yayınmaq üçün poçtla hissə-hissə göndərməsindən sonra qüvvəyə minmişdi.
 
1997-ci ildə Meksikanın bir şəhərində qurbağalardan ibarət yağış və hətta burulğan qeydə alınmışdı.
 
Timsahlar biz düşündüyümüzdən daha ağıllıdırlar. Belə ki onlar suyun daha dərin yerlərinə enmək üçün bilərəkdən daş udurlar
 
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN