Stəkan Yox Göl Olmağı Bacarın!

0
10871
Stəkan Yox Göl Olmağı Bacarın!

Hindli bir qoca usta çırağının həmişə hər şeydən şikayət etməsindən yorulmuşdu. Bir gün çırağını duz almağa göndərdi.Həyatındakı hər şeydən narazı olan çıraq qayıtdıqda qoca usta ona, bir ovuc duzu bir stəkan suda qarışdırıb içməsini söylədi.
Çıraq qoca adamın söylədiyini etdi amma içər içməz ağzındakıları tüpürməyə başladı.
- Dadı necədir? - deyə soruşan qocaya adam hirslə:
- Acı - deyə cavab verdi. 
Usta gülümsəyərək çırağını qolundan tutdu və bayıra çıxartdı. Səssizcə bir az irəlidəki gölün sahilinə apardı və çırağına bu dəfə də bir ovuc duzu gölə atıb, göldən su içməsini söylədi. Söylənəni edən çıraq ağzının kənarlarından axan suyu qoluyla silərkən, qoca eyni sualı soruşdu:

-Dadı necədir?

-Sərinləşdirici-deyə-cavab verdi gənc çıraq

-Duzun dadını daddın mı?-deyə soruşdu qoca adam

-Xeyr-deyə cavabladı çırağı

Bundan sonra qoca adam suyun sahilində diz çökmüş çırağının yanına oturdu və dedi:

-Həyatdakı qəm duz kimidir, nə azdır, nə də çox. Qəmin miqdarı həmişə eynidir. Ancaq bu qəmin acılığı nəyin içinə qatıldığına bağlıdır. Qəmin olduğu zaman lazım olan tək şey qəmi yaşadan şeylə bağlı hisslərini genişlətməkdir. Onun üçün sən də artıq stəkan olmağı qoy bir kənara, göl olmağa çalış.              


Korrektor: Əliyeva Aynur                                                                              

 

ŞƏRH YAZIN