Motivasiya Və Uğur Üçün 20 Taktika

Motivasiya Və Uğur Üçün 20 Taktika

Müdrik bir insanın tələbələrindən biri uzun illər getdiyi dərsi tərk etmişdi. Artıq dərslərdə iştirak etmirdi. Bir neçə ay keçsə də onun dərsə gəlmədiyini görən müdrik ustad tələbəsini ziyarət etmək qərarına gəldi. Qış mövsümü idi. Tələbəsi evdə tək idi. Otaqdakı böyük sobanin içindəki odunlar çırthaçırt yanırdı. Ustadının onu nə üçün ziyarət etdiyini təxmin edən tələbə qonağını sobanın yanına dəvət etdi. Özü də mətbəxə keçərək hazırlıq görməyə başladi. Sobanin yaninda oturan müdrik, təqdim olunan hörməti qəbul etdi, lakin tələbəsinə heç nə demədi. Sanki evdə heç kəs yoxmuş kimi hərəkət edirdi. Bütün diqqətini sobada yanan ocağa yönəltmişdi. Bir neçə dəqiqədən sonra maşanı götürdü, qızmar közlərdən birini götürdü və ocağın kənarına qoydu. Oturmağa davam edir, heç nə danışmırdı. Kənara qoyulmuş közün odu yavaş-yavaş zəiflədi, sonra da söndü. Otaqda sükunət hökm sürürdü. İlk salamlaşmanı çıxsaq, hec kim bir kəlmə də olsun danışmamışdı. 

Müdrik adam getməyə hazırlaşarkən yenidən maşanı əlinə aldı və sönmüş közü alovun içinə atdı. Köz yanan ocağın istisinə və alovuna yenidən yanmağa başladı. Ayrılmaq üçün qapiya gəldikdə ev sahibi : "ziyarətinizin səbəbini anlayıram biraz əvvəl verdiyiniz dərs üçün minnətdaram. Bundan sonra dərslərdən qətiyyən geri qalmayacam"- dedi.

 

Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN