Əlli Yaşından Etibarən Nələrə Diqqət Etmək Lazımdır?

0
2567
Əlli Yaşından Etibarən Nələrə Diqqət Etmək Lazımdır?

Bizim vaxtımızda ...deyə sözə başlayıb saatlarla özümdən və keçmişdə yaşadıqlarımdan söhbət açaraq boş yerə sizi yormayacam.Bilirəm ki,keçmiş elə də marağınızı çəkmir,gələcəyə isə məndən daha çox yaxınsınız.

“Hardan haraya gəldik,siz bunlara da şükr edin...” deməyəcəm.Görmədiklərimiz və yaşamadıqlarınız üçün sizin şükr etməyinizə ehtiyac yoxdur,hökmən şükr etmək lazımdırsa,öz yaşadıqlarım və gördüklərim üçün şükr edəcəm.

“Otur oturduğun yerdə,sənin yaşın qədər mənim təcrübəm var...” deməyəcəm.Məni nə qədər əsəbiləşdirsən də,səbrimi saxlayaraq,şəxsi motivasiya və performansını öldürməyəcəm.

“Gələcəyimiz siz gənclərə əmanət...”deyərək, bu cür sözlərlə sizdən tərif və dəyərləndirmə almağa çalışacam.Çünki öz yerlərində hələ də gözü qalan və o gələcəyi sizlərə buraxmamaq üçün nə qədər səy göstərildiyini bilirəm.Yalnız “diqqətli olun” deyəcəm.

“İndiki gənclər,çox səbrsizsiniz,hər şey bir an əvvəl olsun istəyirsiniz...”deməyəcəm.Burda nə var axı,biz də hər şeyin tezliklə olmağını istərdik,amma qorxumuzdan səsimizi çıxarmazdıq.Siz ən azından bunu dilə gətirə bilirsiniz.

“Əziz və hörmətli gənclər...” deyə sözə  başlayıb məktəblərdə,dərnəklərdə,kürsülərdə və bir çox yerlərdə sizlərə öyüd,tövsiyə,uğur hekayələri və s. danışaraq,qarşımda boynunuzu bükük və aciz vəziyyətdə dayanmağınızı istəyib,öz fərdi arzularımı reallaşdırmağa çalışmayacam.Aramızda qalsın,pataloji bir hal olaraq,bizdə yaş artdıqca çənə düşür,eqoistlik yüksəlir.

“Artıq sual vermə,yalnız verilən tapşırığa əməl et...” deməyəcəm.Vaxtında bizə də bu cür davranıldığı üçün bu vərdişi davam etdiririk.Daha çox şərh istəməyinə,etdiyin işi anlamağına və çalışqanlığına dəyər verəcəm.Bəlkə də sənə bir az çox vaxt sərf edəcəm,amma məncə,buna dəyəcək.

“Daha çox çalışmalısan...” deməyəcəm.Bizim həyatımız yalnız işdən ibarət idi,əylənməyi,istirahət etməyi bilməzdik.Qısacası, ”Çox deyil,amma ağıllı bir şəkildə çalışmalısan” deyəcəm.

“O telefonu əlindən yerə qoy...” deməyəcəm.Eyni anda nə qədər çox və fərqli işi bir arada uğur və həvəslə gördüyünü,bir toxunuşla nələri edə və eşidə bildiyini,bütün bunlarla yanaşı,yaşadığın həyəcanı üzündə gördüyüm zaman bəlkə ”mənə də öyrət” deyəcəm.

Bu yazımız iş və ictimai həyatda əvvəlki nəsillərə istiqamətlənərək,mənfi ifadələri buraxıb daha birləşdirici və nəticə yönümlü ifadələri inkişaf etdirmələri ümidi ilə yaradılmışdır.

 

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova 

ŞƏRH YAZIN