İşçilərin Məmnuniyyət Anketinə Uyğun Gəlməyənlər

0
1823
İşçilərin Məmnuniyyət Anketinə Uyğun Gəlməyənlər

Mövzu ilə əlaqədar olaraq,bu günədək yazılarımızın və dərslərimizin darıxdırıcı olma riskini gözə alıb tərif və anlayışlara daha çox yer ayırdıq.Çünki doğru bir tətbiqə əvvəlcə doğru bir təyin etmə ilə başlamaq lazım gəldiyinə inanırıq.Ancaq bu da kifayət etmir ki,belə tip tanınma insanlar tərəfindən mənimsənilsin.Çünki işçi məmnuniyyəti anketi dediyimiz zamanbir çox insanın fərqli şeylər düşündüyünü və qəbul etdiyini görürük.Bu gün bir az dəyişiklik edib “nədir?” sualı əvəzinə “nə deyil?” sualına cavab tapmağa çalışacayıq.

Bəziləri ona yalnız “anket” deyirlər,amma biz sadəcə “anket” demirik,biz ona layihə deyirik,analiz deyirik,strateji bir rəqabət vasitəsi deyirik.

Bəziləri hətta belə heab edir bilər ki,bir anket üçün öncədən hazırlıq görməyə,tətbiq və hesabat prosesləri aparmağa ehtiyac yoxdur.

Yəni bütün bunlar insan resursları müəssisəsinin “iş olsun,məşğul görünsün” deyə etdiyi və il ərzində təkrarlanan bir tətbiq forması deyil.

Bu sahədə öz işinin peşəkarı olmaq, həmin o əhəmiyyətsiz hesab etdiyimiz anketi hazırlamaq internetdən hazır şablon sualları bir saat ərzində yükləyib,üzərində 3-5 dəyişiklik etdikdən sonra ertəsi gün cavablandırmaları üçün şirkət işçilərinin önünə qoymaq deyil.

Ölkə xaricində yerləşən mərkəzi ofisin insan resursları koordinatorundan gələn və ölkə fərqi güdmədən bütün işçilərin cavab vermək məcburiyyətində qaldıqları “əcnəbi suallar” deyil.

İşçilərin real problemlərinə dəxli olmayan “suya-sabuna toxunmayan ” suallarla ötüşdürüləcək olan bir anket forması deyil.

“Şirkətimizin işçilərin fərdi inkişafına göstərdiyi diqqət və həssaslıq mövzusunda nə düşünürsünüz? ” deyə sublimal ismarıcların olduğu bir anket forması deyil.

“Rəhbər işçilərə o qədər pul veririk,hələ bir motivasiya,xoş ünsiyyət və s. də tələb edirlər” bu şəkildə deyiləcək bir ifadə forması deyil.

Rəhbər işçilərin “əslində bu tələbləri kimin yazdığını çox yaxşı bilirəm,ona həddini bildirərəm”deyə biləcəkləri bir intiqam platforması deyil.

İşçilərin şirkət daxilindəki  inkişaflarının reallaşması qeyri-mümkün olaraq düşünülsə belə,israr və inadla öz tələblərini yazdıqları bir tətbiq forması deyil.

Rəhbər işçilərin kiçik bir araşdırma ilə həll edə biləcəkləri problemlərin varlığına baxmayaraq,”işçi bazarında vəziyyət çox pisdir,sən bu işi tapdığına dua et və səsini çıxarma” deyə biləcəkləri bir tətbiq forması deyil.  

Bütün bu kimi hallara doğru-düzgün aydınlıq gətirə bilsək,nələrisə vaxtından öncə xilas edə bilərik və şirkətlə işçi arasındakı qarşılıqlı fəaliyyəti təmin edə bilərik.

                                                                                                                                                                                                                                                                                                                                                                     Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN