Karyera Planlamasına Dair İlkin Məlumat

0
930
Karyera Planlamasına Dair İlkin Məlumat

Dünya dəyişir.Həm də sürətlə.Bu hal istər şirkət,istər fərdi və istərsə də,ölkə olaraq baş verə bilir. Bir çox kitablar bizə nizamlı olmağı tövsiyə edir.Həmin kitablara əsaslanaraq bu qaydalara riayət etsək,işlər daha asan gedər və karyera planlamasında uğur əldə edə biləcəyimiz  bu cür izah olunur.

Post-modern karyera yanaşmaları

Karyera imkanlarını şirkətlər özləri işçilərə təqdim və təklif edir.Bu yolla hər bir şəxs öz karyerasını quracaq.

Şirkət bir ailə deyil,komandadır.Oyunçuları qalıcı deyildir.Hətta şirkət xaricə inteqrasiya edə bilirsə,oyunçuları tez-tez kənar sahəyə də çıxa bilərlər.Bu gün qərbdə ən uğurlu idarəçilər belə,tez-tez şirkət və karyera dəyişikliyilə üzləşirlər.

Yalnız çalışqan və qabiliyyətli olmaqla, yüksəlmək üçün tək başına bu işin öhtəsindən gəlmək olmur.Əlaqələr,müəssisənin ehtiyaclarına qarşı bazarda nə qədər insan resursunun olmağı,transfer təklifi,əhatə və təsir dairəsi və s. başlıca amillərdəndir.

İşçinin gücü artıq nəzarət etdiyi təşkilatın böyüklüyündən çox,şirkətdaxili və xarici təsir gücünün ölçüsündən asılıdır.Artıq ”pul” tək motivasiya qaynağı deyildir,təmin etmə duyğusu və müvəffəqiyyət arzusu puldan daha əhəmiyyətli ola biləcək haldadır.

Artıq şirkət sahibləri qloballaşan dünyanda şirkət sahibləri öz şirkətlərini çox asanlıqla sata və ya ölkələrarası mübadilə edə bilər.Dəyişimə uyğunlaşa bilməyən və dalğalanan  iqtisadi vəziyyətdən təsirlənən şirkətlərdə on minlərlə işçinin işinə son verilir.

Ən böyük sərmayəmiz münasibətlərimizdir.Əgər alternativ variant yoxdursa,bütün arzular sadəcə xəyal olaraq qalacaqdır.

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN