İşinizi ölçmək və daha çox pul qazanmaq üçün 10 yol

0
2381
İşinizi ölçmək və daha çox pul qazanmaq üçün 10 yol

Hər təşəbbüskarın istədiyi iki şey var; daha çox zaman və daha çox pul qazanmaq. Təşəbbüskar üçün daha çox qazanmağın yolu işini düzgün ölçməklə mümkündür. Bəzən iş saatlarınızı tamamilə satışa və daha çox qazanc əldə etməyə həsr etsəniz də işlər umduğunuz kimi getməyəcək. Ümumiyyətlə, təşəbbüskarların reklam vermək, işçilərinə maaş ödəmək və ya iş qabiliyyətlərini artıra bilmək üçün daha çox sərmayəyə ehtiyacları vardır. Bəli, daha çox kapitala sahib olmaq əla olardı, ancaq bu pulu necə xərcləyəcəyinizi, satışlarınızı  ya da işinizi böyütməyə necə düzgün bir şəkildə sərmayə qoyacağınızı bilmirsinizsə, vaxtınızı və əməyinizi boşa xərcləmiş olarsınız.

İşinizi ölçmək: Az məsrəf ilə gəliri artırma cəhdləri olaraq tərif edilə bilər.
Düzgün hədəfləri müəyyən etmək, işlərini ölçmək, daha, çox pul qazanmaq, daha çox məhsul istehsal etmək və ya bir xəyal qurmaqda ciddi olan hər kəsin daha ağıllı məqsədləri olmalıdır.
 
Nə olursa olsun, bir plan hazırlayaraq fəaliyyətə başlamağınız və işinizi ölçmək üçün, aşağıdakı strategiyalar və metodlardan istifadə edə bilərsiniz. Bəzi işlər asanlıqla başa gəlməyəcək, amma bu taktikalar işinizə fayda verəcəkdir.
 
1.Qanuni SEO metodlarından istifadə edin
SEO mürəkkəb görünsə də, bir neçə təməl prinsipdən ibarətdir. Bu prinsiplər, Google’un mövcud axtarış algoritmlərinə daxil edilən 200’dən çox qaydadan ibarətdir. Google’un bir çox qaydasına riayət edərkən, düzgün metodları istifadə edərək düzgün şəkildə işləsəniz uğur qazanarsınız. Axtarış sistemlərində  nə qədər çox görünsəniz, potansial satışlarda da təbii bir artış meydana gələcəkdir. Əgər müəssisəniz üçün seo hazırlayacaq qədər vaxtınız və ya bacarığınız yoxdursa, bu işi düzgün yerinə yetirən və referasnları olan bir seo agentliyi ilə əməkdaşlıq edə bilərsiniz. Seo işi, çox qısa müddətdə sizə zaman və pul qazandırmaz, amma 6 aydan sonra seo’nun faydalarını effektli bir şəkildə görməyə başlayacaqsınız.
 
2. Bir blogda məzmun hazırlayın və paylaşın
Bir blog başlatmaq bəsitdir. Bəsit və aydın olmayansa, əslində, böyük miqdarda dəyər qatan və bunu davamlı hala gətirərək istfadə edilən mükəmməl bir məzmun yayımlamaqdır. Bununla birlikdə, blog yazıçısı kimi nüfuz qazanıb zaman keçdikcə daimi bir izləyici auditoriyasına sahib olmağın ən yaxşı yollarından biridir. Şirkət blogunuz nüfuz qazandıqca rəqiblərinizdən daha çox ön plana çıxmağa başlayacaqsınız. 
 
3. Bir yarışma proqramı və ya hədiyyə kampaniyasına start verin
Yarışmalar və hədiyyələr, şirkətlərin satış etmək üçün mənimsədikləri bir başqa yoldur. Bunun sayəsində, potensial müştəriləriniz haqqında mühim məlumatları toplaya bilərsiniz. Bununla yanaşı, yarışı təşkil edərkən yerli qanun vericiliyə və qəbul edilmiş qaydalara hörmətlə yanaşdığınızadan əmin olmalısınız. Hədiyyələrin sayında və ya yarışın qaydalarında innovativ düşünərək şirkətinizin pul qazanmasını asanlaşdıra bilərsiniz.
 
4. Sosial media saytlarında video kanal açın
Hər hansı bir işi  ölçmək üçün sosial media  bol miqdarda fürsətlər təqdim edir. Açığını desək, müəyyən bir izləyici auditoriyası qazanmaq bəsit bir uğur deyildir. Ancaq bu, təkliflərinizin təqdimatını və görülməsini artırmaq üçün şirkətinizə dəyər qata biləcəyiniz bir video kanal qurmağımıza əngəl olmamalıdır. Bu gün Facebook, İnstagram və Twitter’də bir çox şirkət alıcılarıyla əlaqə qura bilir. Belə bir fürsətdən istifadə etməmək şirkətinizin arxa planda qalmasına səbəb olar.
 
5. YouTube kanalı açaraq rəqiblərinizdən bir addım öndə olun
YouTube ilə video dünyasının dərinliklərinə dalın. Popluyar bir YouTube kanalı qurmaq asan deyildir, ancak buna dəyər. Bunu etmək üçün, insanların həqiqətən bir etiketi anlamalarına və ya bir problemi həll etmələrinə yardım edən öyrədici videolar hazırlamağınız lazımdır. Nə edirsinizsə edin, dünyanı ən yaxşı necə edə biləcəyi barəsində maarifləndirin. Bunun əvəzində bir məsul şəxs və bir sənaye lideri olacaqsınız, nəticədə daha çox izlənəcək və daha çox satış edəcəksiniz.

6. E-mail (electron poçt) vasitəsilə satış edərək həqiqi dəyər təmin edin
E-mail satışları, dünyanın qabaqcıl online mağazaları və müəssisələr üçün ən güclü satış metodudur. Bu sadəcə birbaşa görünən e-posta kampaniyalarınızla bağlı deyildir. Bu, həqiqətən abunəçilərinizlə əlaqə yaratmaqla bağlıdır. Toplu mail göndərməyi düzgün şəkildə edilməli və spam göndərişlərdən uzaq durmalısınız.

7. Komissiya haqqı ilə işləyən satış nümayəndələrni işə götürün
Müəssisələrin çoxu satış nümayəndəsinin öz işçisi olmağını istəyir. Bununla yanaşı, işlərinizdə bir sonrakı mərhələyə addım atmaq üçün komissiya haqqıyla işləyən satış nümayəndələri ilə əməkdaşlıq edə bilərsiniz. Satış nümayəndələri effektli bir şəkildə təlimatlandırılmalıdır. Satış nümayəndələri üçün öyrədici videolar hazırlamaq işinizi asanlaşdıracaq. Bundan əlavə komissiya haqqına əsaslanan satış sistemlərində digərlərinə nisbətlə daha çox potensial görülür. Normal satıcılar müəyyən bir maaş müqabilində işlədikləri üçün daha çox satış etməyə can atmazlar.

8. AdWords və ya Facebookda reklam verin
Təkrar və piksel izləmə, doğru kütləni hədəf alaraq müəssisənizi online böyütməyin mükəmməl bir yoludur . Bunu Facebook təkrar pikseli ilə edə bilərsiniz ; alış-veriş səbətindən imtinaları və ya bir istək siyahısına əlavə edilən amma satın alınmayan və oxşarı olmayan mallar kimi hər hansı bir kampaniyanı izləyə bilərsiniz. Daha sonra, bu şəxsləri reklamlarla birbaşa hədəf ala bilərsiniz; onları təkrar geri qayıtmağa razı sala bilərsiniz. Eyni şəkildə, Google’un AdWords platformasında, yenidən hədəfləməyi əsas alan məzmunla və ya axtarış ilə əlaqədar reklamlar yoluyla da istifadə edə bilərsiniz.
 
9. Ortaqlıq proqramı başladın
Ortaqlıq proqramları əhəmiyyətli dərəcədə ziyarətçi çəkə bilər. Əslində, ən böyük online satıcılardan bəziləri, e-mail satışı və ya əvvəlcədən var olan web saytı və ya blog izləyicisi yoluyla artırılan üzv gəlirlərinə güvənir. Bununla birlikdə, ortaqlıq proqramı qurmaq hər zaman bəsit deyildir. Heç bir təcrübəniz yoxdursa, Link paylaşma, Təsir Yarımçapı ve Komissya Linki kimi çox istifadə edilən bəzi terminləri bilməyiniz vacibdir.
 
10. İş modelinizi yenidən qiymətləndirin
Nəhayət, iş modeliniz sizə az pul qazandırır və həyatınızda çox vaxt itgisinə səbəb olursa, sektorunuzda olan digər şirkətləri izləyin. İş modelinizi dəyiştirmək bir az çətin görünsə də düzgün addım atmağı bacarsanız, həm daha çox zaman həm də daha çox pul qazanmağa başlayacaqsınız.
 
Tərcümə etdi: Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN