Mükəmməl İş Fikrinin 5 Önəmli Komponenti

0
2686
Mükəmməl İş Fikrinin 5 Önəmli Komponenti

Dünyanı dəyişdirə biləcək istəyə sahib olan bir sahibkarsınız. Müvəffəqiyyətli olmaq üçün lazımlı olan zehni qabiliyyətə və vasitələrə sahib olduğunuzu bilirsiniz. Bunu hiss edirsiniz... Tək bir problem var - bir iş fikrinə ehtiyacınız var. Və bu fikrin yaxşı olması lazımdır.
 
Bəs mükəmməl iş fikri necə seçilir?
Çox vaxt ən yaxşı iş fikirləri təsadüfi bir şəkildə gəlir. Xoş, isti bir duş alarkən, ən sevdiyiniz mahnını dinlərkən və ...
 
BAM!
Zuckerburg'de Facebooku belə tapmadı mı? Tamam, bəs yaxşı iş fikirlərini pis iş fikirlərindən necə ayıracaqsınız? Tək başınıza çalışırsınızsa və ya bu ilk cəhdiniz olacaqsa, davamlı olaraq iş fikrinizin necə reallaşacağını düşünəcəksiniz.
 
Pul qazandıracaq mı?
İnsanlar necə qarşılıq verəcək?
Müvəffəqiyyətsiz olma ehtimalı nə?
Fərq yaradacaq mı?
 
Zehninizin qüsur tapmasına səbəb olan bütün bu suallar hərəkətə keçmənizə maneə törədəcək.
Nəysə ki, mükəmməl iş fikrinə sahib olmaq üçün lazım olan komponentləri sizlərlə paylaşacağıq. Bu amillər təxmini nəticələrdənsə, iş fikrinizi obyektiv bir şəkildə qiymətləndirməyi təmin edəcək.
 
1. Həvəsli kütlə hədəfi
İlk və ən mühüm amil həvəsli müştərilərdir. Başqa bir ifadəylə, iş fikriniz həqiqətən dəyişdirə biləcəyiniz bir qrup insana xidmət etməlidir. Hədəfiniz kütləni müəyyən bir hədəf istiqamətində hərəkətə keçirməlidir.
Örnək kimi OkCupid adlı inanılmaz dərəcədə müvəffəqiyyətli olan bir işdən bəhs etmək istəyirəm sizlərə. OkCupid yerli görüşlərə fokuslanan bir matchmaking xidməti və OkCupid 'in avtomatik tanış olaraq görüş nizamlayan bir proqramı var. Yerli məlumatlardan istifadə edərək onlayn görüşü heç olmadığı qədər asan və orijinal bir hala gətirir. Məhz bu səbəblə 3.8 milyon istifadəçisi var və bunların 1 milyonu hər gün aktivdir. 2004-ci ildən bəri hər il 33% böyüyürlər.
Daha açıq söyləmək lazım olsa, bu uğurlu bir işdir. Bir çoxumuz OkCupid kimi uğurlu iş fikrini heç vaxt tapa bilməyəcəyinizi düşünə bilərsiniz.
Ancaq siz də edə bilərsiniz!
Yenilik, asanlıq və diqqət OkCupid'in müvəffəqiyyətində böyük rol oynasa da, bu fikrin arxasındakı reallıq əsl katalizator xidməti təqdim edən həvəsli kütlədir.
 
İndi aşağıda yer alan suallara cavab tapmaq lazımdır:
İş fikrinizdən kimlər təsirlənəcək?
Hədəf kütləniz fikrinizə cavab verəcək motivasiyaya sahib mi?
   
2. Unikal satış nöqtəsi
Marketinq və ya mətn yazıçılığı ilə əlaqədar hər hansı bir şey bilirsinizsə, o zaman bu amili daha əvvəldən eşitmisiniz. Unikal satış nöqtəsi, sizi bazardakı rəqiblərinizdən fərqləndirici nöqtədir.
Bənzərsiz olmaq mühümdür ancaq fərqli olmaq uğrunda fərqli olmayın. Sizi rəqiblərinizdən ayıran şey hədəf kütlənizə ciddi mənada faydalı olmanız lazımdır. Fərqli olmaq üçün fərqli olmaq həvəskar görünmənizə səbəb olur.
 
3. Aydın bir şəkildə müəyyən hədəfləri olan həqiqi bir iş planı
Bu komponent öz-özünü açıqlayır ancaq yenə də deyiləcək bir neçə söz var. Uğurlu sahibkarların ən önəmli xüsusiyyətlərindən biri qərarlı olmalarıdır. Bütün sahibkarlar müvəffəqiyyətsiz olurlar və onları ayağa qaldıran şey qərarlıqdır.
Burada əhəmiyyətli olan şey fəaliyyətə keçmədən əvvəl həqiqi bir iş planı hazırlamanızdır. Və irəliləmənin nə qədərliyini müəyyən etmək üçün əvvəldən dəqiq hədəflər təyin etmək çox əhəmiyyətlidir.
Ən azından əmlakınızı necə idarə edəcəyinizə və böyüdəcəyinizə dair  bir fikriniz olsun. Lakin iş planı və hədəflərinizin iş fikrinizlə təkamül keçirəcəyini ağılınızdan çıxarmayın. Uyğunlaşmanı təmin etmək üçün plan tərtib edin.
Bu amilin önəmini kiçik hesab etməyin. Hədəfləri planlaşdırmaq və dönüş nöqtələrini təyin etmək uğurlu olmaq istəyən hər kəs üçün ən əhəmiyyətli qisimdir.
 
4. Xərcləyəcəyiniz zaman və pul
Hər işdə müvəffəqiyyətli olmaq üçün ciddi mənada zaman, enerji və pul xərcləməli olacaqsınız. Başlanğıc mərhələsindən sonra göstərəcəyiniz səy ciddi mənada azalır və hər şey avtomatik olur. Daha az bir əməklə daha çox pul qazanarsınız.
Edəcəyiniz işin, uzun zamana və pula bağlı olmadığından və ya irəliləyiş şansının məhdud olmadığından əmin olmalısınız. Xərci və zamanı təsirli bir şəkildə idarə etmək üçün plan tərtib etmək məcburiyyətindəsiniz.
 
5. Həyəcan
İş fikrinizlə əlaqəli son amil tamamilə obyektivdir çünki hər kəsin bəyəndiyi və bəyənmədiyi şeylər fərqlidir. İş fikrinizin sizi həyəcanlandırması çox əhəmiyyətlidir. Məsələn "istəyinizin arxasından gedin" deyən Steve Jobs yenilikçi bir texnologiya dahisi olaraq doğulmamışdır. İzah etmək istədiyimiz: Steve Jobs sahibkar olaraq doğulmuşdur və istəyi ilə bağlı olduğu hər hansı bir fikrin dünyanı dəyişdirəcəyinə inanmışdır. Eyni şəkildə, iş fikriniz sizi həyəcanlandırmalıdır. Özünüzü 100% hazır hiss etməlisiniz. Fikriniz sizi həyəcanlandırmırsa, bir şeyləri necə dəyişdirə biləcəyinizi bilmirsinizsə  yenidən dərin bir şəkildə fikirləşməlisiniz.  
Digər tərəfdən, iş fikriniz bu 4 amili əks etdirirsə hərəkətə keçməyin zamanı gəlmişdir. Yəqin ki, insanların həqiqətən sevəcəyi bir şey yaradacaq və müvəffəqiyyətli olacaqsınız.
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

 

ŞƏRH YAZIN