Nə İşlə Məşğul Ola Bilərəm?

0
2486
Nə İşlə Məşğul Ola Bilərəm?

Bu günün iqtisadiyyatında öz işini qura bilmək əlbəttə asan deyil. Əzim və qərardan başqa güclü bir iş planı və çalışdığınız sektora bağlı olaraq uğurlu bir investisiya da lazım olanlar sırasındadır. Məhz tam bu nöqtədə, öz sənayesi daxilində qazanc imajını əsas götürərək başlaya biləcəyiniz ən sərfəli 7 iş modelini sizinlə paylaşmaq istəyirik.

Daha sadə söyləmək lazım olsa gəlir imajı, sizin yatırımınızdan / rəhbərliyinizdən pul qazanıb-qazanmayacağınıza dair ən etibarlı göstəricilərdən biridir. Əgər bir iş qurmaq istəyirsinizsə ancaq nə iş olduğunu bilmirsizsə bu siyahı tam sizə görə. Sondan başlayaraq həmişə birlikdə bir göz ataq:

 

7. Stomatoloji klinika

Qazanc imajı:  % 16.5

Stomatoloji kabinet, ölkə iqtisadiyyatının vəziyyətindən asılı olmayaraq hər zaman gəlirli sektorlar arasında bir üstünlüyə malikdir. Stomatologiya fakültəsi üzrə təhsil almasanız belə, yenə də son model alətlərlə dolu bir müayinəxana açaraq bu sektordan gəlir əldə edə bilərsiniz. Təbii bunun üçün stomatoloq diplomuna sahib işçiləriniz olması lazımdır.

 

6. Əmlak sektoru

Qazanc imajı:  % 16.5

Nə iş edə bilərəm deyənlərin göz atması lazım olan iş sektorlarında biri də əmlak sektorudur. Maliyyə böhranı zamanı əmlak bazarı ciddi şəkildə eniş qazandı. Hal-hazırda icarə yüksəlməyə davam edərkən bu sənaye getdikcə daha gəlirli olacaq. 

 

5. Müalicə Mərkəzləri

Qazanc imajı:  % 17.8

Müalicə sektoru son illərdə parladı və hal-hazırda ən sərfəli sektorlardan biridir.

 

4. Komersial və Sənaye avadanlıqların icarəsi

Qazanc imajı:  % 18.5

Texnologiyadakı inkişaflar üçün elm adamlarına təşəkkürümüzü bildirməliyik. Bir çox əməliyyat günümüzdə maşın və avadanlığlarla icra olunur.  İcarə ya da lizinq işinə başlamağı düşünən kimsə ciddi və davamlı bir gəlir əldə edə bilər. Bunlar birlikdə, yeni sahibkarların əgər kifayət qədər kapital və qaynaqları yoxsa bu fikrin ən yaxşı variant olduğunu söyləyə bilmərik.

 

3. Hüquqi Xidmətlər

Qazanc imajı:  % 19.6

Hüquq sahəsinə dair məsləhət xidməti sektoru, böhran zamanlarında belə hər zaman qazanclı olmuşdur. Yüzdə 20-yə yaxın mənfəət imajı ilə addım ata biləcəyiniz ən yaxşı iş fikirlərindən biri deyə bilərik.

 

2. Mühasibat, Vergi qanunvericiliyi və Bordro idarəetmə xidməti  

Qazanc imajı:  % 21.2

Yenə də, dönüb-dolaşıb qədim peşə qruplarından biri olan mühasibliyə gəldik. Mühasibat durğunluq və böhran dövrlərini müvəffəqiyyətlə sovuşduran sektorları təmsil edər ki bu da öz işinizi qurmaq üçün ən yaxşı alternativlərdən biridir. 

 

1. Xam Neft Çıxarma

Qazanc imajı:  % 24.1

Hal-hazırda xam neft çıxarmaq, edilə biləcək ən yaxşı investisiya. Təəssüf ki, azad sahibkarların bir çoxu üçün, yüksək maliyyə mənbələri olmadan, ən uyğun variant olduğunu söyləyə bilmərik. Yenə də də bilmənizdə fayda var, şans üzünüzə gülə bilər niyə də olmasın?

 

Sevgi və pul ilə qalın...

 

 

 

Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN