Qərarsızlıq: Zamanı Yeyib-Bitirən Duyğu

0
3338
Qərarsızlıq: Zamanı Yeyib-Bitirən Duyğu

 Zaman oğrusu qərarsızlıq

Artan imkanlar, sürətlə dəyişən şərtlər və səhv etmə qorxusu kimi vəziyyətlər qərar verməyi çətinləşdirir. Belə ki kimilərinə görə qərar verə bilmək 'fürsət' mənası daşıyarkən kimiləri üçün bu böyük bir problemdir. Fransız siyasətçi Charles Flory, bunun üçün "Ən böyük zaman oğrusu qərarsızlıqdır." deyir. Amerikalı yazar Charles Bukowski də "Ya xəyallarının arxasınca düşməyi seçərsən ya da olanları qəbul etməyi. 'Yaxşı ki'lərinlə güclənər,'keşkə'lərinlə tükənərsən. Qərar sənin! "Sözləriylə tam da bu nöqtəyə toxunur.
 
Bir qərar vermədən əvvəl, əlbəttə, müsbət-mənfi istiqamətlərini yaxşıca düşünüb ölçmək lazımdır. Ancaq verilən qərarın nəticəsini əvvəlcədən  düşünməməyin meydana gətirdiyi qorxu vərdiş halına gəlirsə xroniki bir bədbəxtliyə sürüklənə bilər.
 
Florida Əyalət Universiteti, qərarlarını tez-tez dəyişdirən insanlar üzərinə bir araşdırma etdi. Verdiyi qərardan əmin olmayan insanlar, tez-tez qərarlarını dəyişdirir və ya peşmanlıq duyur. Prof. Joyce Ehrlinger, bu quruluşdakı insanların doğru seçimi etdiklərindən əmin olmaq istədiklərindən, verdikləri qərarın arxasında möhkəm duruş göstərmədiklərini söyləyir. Ehrlinger, davamlı məmnuniyyətsizlik halının, stressə səbəb olduğunu və ruh / bədən sağlamlığına mənfi təsir etdiyini, depressiyaya səbəb olduğunu söyləyir. Digər tərəfdən kifayətlənməyi bilən və qərarlarını qəbul edə bilən kəslərin, daha rahat bir həyat sürdüyünü vurğulayır.
 
‘Səhv etməyə də ehtiyac var’
 
Qərar vermək, bir mənada seçmək deməkdir. Doğru olanı seçim deyərkən cəsarətsizlik və qorxuyla bəslənən qərarsızlığımız, zehinimizi davamlı məşğul edəcək suallar doğurur. Halbuki ki verdiyimiz qərarın arxasında dayana bilməyi bacarsaq, bu bizə səhv etdiyimizdə də o səhvdən dərs çıxara və qorxularımızı aşmaq fürsəti təqdim edir. Doğru və səhvlərimizin məbləği deyilmi həyat?
 
Amerikalı jurnalist və yazar Kathryn Schulz, "Əslində səhv etməyə ehtiyac vardır." deyir. Səhv etməkdən çəkindikcə, insan olmanın nə mənaya gəldiyini öyrənə bilmirik.
 
Qərarsızlıq, əslində həm doğuşdan gətirilən bir meyldir, həm də bir öyrənmə ... Qərarsızlıq; uşaqlığında ailəsi içində qərarsızlıq müşahidə etmiş və yaxud fikirləri nəzərə alınmamış, müsbət davranışları təsdiq görməmiş kəslərdə daha çox görülür. Edilən səhv seçimlər, bununla birlikdə sarsılan özünə inam da qərarsızlıq halını yaradır. Bu hal, bir müddət sonra adamı tamamilə durğunlaşdırıb, ən sadə qərarları belə verə bilməməyə qədər sürüklüyə bilir. Sabah gözünü açdığı andan etibarən; "Görəsən nə yeyim, hansı paltarı geysəm, hara getsəm?" kimi ən sadə sualları öz başında həll etməyə çalışmaqdan yorulan fərd, bir xəstəlik ayağındaymış kimi alışıb-yanır. Qərarsızlığın bu şəkildə xroniki bir şəklə çevrilməsinə isə 'abulia' deyilir.
 
"Ən pis qərar, qərarsızlıqdan yaxşıdır "
 
Qərar vermək nə qədər güclənirsə, qərarsızlıq müddəti də o qədər uzanır və adamın səhv etmə narahatlığı eyni çərçivədə artır. Öz qərarlarını verməkdən qorxar hala gələn adam, ətrafındakılara 'Səncə?" sualını verməyə başlayır ki, bu da məsuliyyətdən qaçma və başqalarının qərarları istiqamətində həyata, həyatının idarəsini buraxma mənasını daşıyır. Ayrıca adam, ətrafındakı insanlar üzərində də mənfi bir təəssürat buraxa bilir.
 
"Ən pis qərar, qərarsızlıqdan yaxşıdır." Deyir Montesquieu. Bu sözün doğru olduğu müzakirə olunsa da qərarsızlığın, şəxsiyyətdə meydana gətirdiyi təxribatı da unutmamalıyıq. Tam bir variantlar dünyasında yaşadığımız bu dövr, qərarsız insanlarda qorxulu yuxuda yaşayır hissi oyandıra bilər. Ölümlü insanın dünyadakı məhdud zamanından çalmayın. Daxildəki hüzuru tuta bilmək və narahatlıqdan az da olsa uzaqlaşa bilmək adına, tədbirinizi və qərarlarınızı alıb təqdiri gözləməyə nə deyərsiniz? Ayət-i Kərimədə də bəyan edildiyi kimi, "Sonra bir dəfə qərar verdinmi artıq Allaha dayan, çünki Allah, özünə güvənənləri sevər." (Al-i İmran 159)
 
Qərarsız qalmısınızsa əgər bir bilənə müraciət edin
 
Sosial Psixoloq Dr. Peter Collette, qərar vermə yolunda irəliləyə bilmək adına atılacaq addımlar arasında bunları sıralayır:
 
Araşdırmaq: Qərar veriləcək mövzu haqqında məlumat sahibi olmaq prosesi sürətləndirə bilər.
 
Üstünlüyü təyin etmək: Qəti qərar vermək üstünlükdür, belə demək olarsa həyati mövzuları müəyyən edir.
 
Uzaqgörənlik etmək: Qarşınıza çıxa biləcək çətinlikləri və bunlarla mübarizə etmə yollarını düşünmək.
 
Paylaşmaq: Sizi narahat edən mövzuları ətrafınızdakılarla danışmaq.
 
Mütəxəssislərlə məsləhətləşmək: qərarsızlığı məğlub etməyin bir yolu da mütəxəssislərdən kömək almaqdır.
 

ŞƏRH YAZIN