Zamanı Yoxlamaq (Təsirli İş Planı)

0
1485
Zamanı Yoxlamaq (Təsirli İş Planı)

Məktəb təhsili, dərsə və imtahanlara hazırlıq ciddi bir işdir. Vaxtı ən yaxşı şəkildə istifadə etmək və müəyyən bir plan daxilində məktəbdə, dərslərdə və imtahanlarda müvəffəqiyyətli olma bu şərtlərə bağlıdır. Dərs planı; zamanınızı planlamanızı təmin edər. Dərs planı; "necə", "nə vaxt", "harada" və "hansı dərsə" çalışacağınıza qərar vermək deməkdir.
 
Plansızlıq tələbədə diqqətsizliyə, yorğunluğa, istəksizliyə və dağınıqlığa səbəb olur. Bu vəziyyət, tələbədə ruhi təzyiq, qərarsızlıq, işə motivasiya ola bilməmə və səmərəsiz iş kimi mənfi nəticələrə gətirib çıxarar. Bu problemlərin öhdəsindən gələ bilmək üçün planlı işin necə ediləcəyi çox yaxşı bilinməli və hər şagirdin mütləq bir iş planı olmalıdır. İşlərini bu plana görə etməlidir.
 
PLAN QURMAĞIN FAYDALARI

1.Əhəmiyyətli gördüyünüz şeyləri ilk sıraya almaqda kömək edir. Əhəmiyyətli bir imtahan var ikən tarix dərsinə bütün gün çalışaraq imtahandan pis qiymət almanızın qarşısını almış olarsınız.

2.Zamanınızı işğal edən bir çox şeydən uzaq dayanmanızı təmin edər. (Televiziya, kino, yoldaşlarla futbol kimi)

3.İşləmək üçün xərclədiyiniz zamanı ən faydalı şəkildə istifadə etmənizi təmin edər.
 
4.Zaman qarşıdurmasından sizi qurtarar. Riyaziyyat çalışacağınız saatda yoldaşlarla futbol oynama işi çıxa bilər. Əgər planınızda futbol yarışına uyğun bir gün və saat qoyursuzsa  zaman qarşıdurması ortadan qalxmış olur.
 
5.Planda nə qədər çalışdığınız müəyyən olacağı üçün özünüzü heç dərs işləmir şəklində düşünərək günahkar hiss etməmiş olarsınız.
 
6.Ağır dərs günləri gəldiyində (imtahan,şifahi) həyəcanlanıb çaxnaşma etmənizin qabağına keçmiş olarsınız. Çünki siz planlı çalışırsız.
 
7.Plan daha ağıllıca, daha intizamlı və daha əlverişli şəkildə işləməyinizi təmin edər.
 
8.Vaxtı necə istifadə etməniz lazım olduğunu öyrənmiş olarsınız. Bu bacarıq iş həyatınızda da sizə köməkçi olar.
 
Özünüzə bir dərs çalışmaq planı hazırlamadan əvvəl öyrənmə qanunlarını bilməlisiniz.
 
Planınızı edərkən bu prinsiplərə nəzərə almalısınız. Bu qanunlar:
 
1.Səmərəli iş saatlarınız: Çalışma planı hazırlanarkən hansı dərsə hansı saatda çalışılacağı qərarlaşdırılmalıdır. Sizlərə çətin gələn dərslər üçün ən əlverişli iş saatlarınızı istifadə etməlisiniz. Zehininizin oyanıq, canlı və konsentrasiyası ən yüksək olduğu zamanları sizin ən  əlverişli iş saatlarınızdır. Səmərəli iş saatları adamdan adama dəyişir. Kimisi səhər tezdən daha səmərəli çalışa bilərkən, kimisi axşam gec saatlarda daha məhsuldar işləyə bilir. Səmərəli dərs çalışma zamanlarını hər şagird bilir. Əgər siz bilmirsinizsə bir həftə özünüzü izləyin və bu saatlarınızı təyin edin. Ancaq ümumiyyətlə ən əlverişli saatlar olaraq səhər saatları göstərilməkdədir. Bunun əsas səbəbi bədənin istirahət və zehinin öyrənməyə açıq olmasıdır.
 
Çalışma planında hər dərsə müəyyən bir müddət ayrılmalıdır. Bu çalışma müddəti dərsin çətin və ya asan olmasına, mövzunun uzunluğu və ev tapşırığının quruluşuna görə müəyyən edilməlidir.
 
2.Çalışma müddətləri dərs çalışma planında eyni saatlara yerləşdirilməlidir. Beləcə o saatlarda iş vərdişi qazanılmış olur. Nahar saatlarında nahar üçün bədənin acması kimi.
 
3.Çalışmaq üçün ayrılacaq zaman müəyyən edilən dərsin məktəbdə veriləcəyi saat və gün nəzərə alınmalıdır. Dərsə yaxın saatlarda plana yerləşdirilməli və çalışılmalıdır. Beləcə dərs ilə əlaqədar məlumat sahibi olunur və dərs əsnasında başa düşmək asan olur..
 
4.Ən səmərəli iş fasiləli işdir. Ara vermədən uzun müddət işləmək qədər, uzun müddət verilən istirahət araları da iş səmərəsinə mənfi istiqamətdə təsir edər. Ara vermədən uzun müddət işləmək zehinin yorulmasına və dağılmasına gətirib çıxarar. Uzun müddət ara verilməsi isə təkrar dərs çalışmağınızı çətinləşdirir. Çalışmaq və istirahət müddəti dərsin xüsusiyyətinə görə dəyişsə belə ortalama olaraq 40 dəqiqə dərs çalışılmalı 5 dəqiqədən sonra o dərs təkrar edilməli 10 dəqiqə isə dinlənilməlidir. Dərs aralarında istirahət edərkən televiziyadan uzaq durun. Televiziya istirahət müddətinizin artmasına səbəb ola bilir.
 
5.Bir-birinə bənzəyən iki dərsi üst-üstə çalışmayın. Məsələn; riyaziyyat və həndəsə dərsləri kimi. Bunun yerinə coğrafiya,riyaziyyat şəklində dərsləri etməyə çalışsanız, dərslərin bir-birinə qarışmasının qabağına keçmiş olarsınız. Ümumi olaraq şifahi, yazılı şəkildə dərs çalışmağın ən idealıdır.
 
6.Öyrənmə zamanı ən az pozucu təsirə sahib olan əsas faktor yuxudur. Bu səbəblə yatmadan əvvəl gündəlik təkrar etsən məlumatlar daha tez öyrəniləcəkdir. Səhər tezdən ikinci bir təkrar etdikdə öyrənmə reallaşmışdır deyə bilərik.
 
7.Öyrənilməsi çətin olan dərslər, zehinin qəbul etmə gücünün ən yüksək olduğu saatlara yerləşdirin.
 
8.Öyrənilməsi asan olan dərsləri, zehinin yorulduğu və qəbul etmə gücünün zəiflədiyi saatlara yerləşdirin.
 
9.Planda yeməklərdən sonraya dərs qoyulmamalıdır. Ən az 30 dəqiqə istirahət ediləcək şəkildə planlaşdırma edilməlidir. Çünki yemək sonrası mədə dolu olduğu üçün tənbəllik və rahatlığa səbəb ola bilir.
 
A. Planınızı mütləq görə biləcəyiniz bir yerə asın. Beləcə motivasiya olarsınız.
B. Sizə uyğun olan plan təsbit edə bilmək üçün bir və ya iki həftəlik sınaq tətbiqi edin. Əgər planınızda sallanmalar və ya axsamalar olursa bunları nəzərə alaraq yenidən planın qurun.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN