Karyera seçimi zamanı yol verilən əsas xətalar

0
2858
 Karyera seçimi zamanı yol verilən əsas xətalar

Tapa bildiyin ilk və ən asan işi seçmək: Asanlığına görə iş seçmək sahib olduğunuz bilik və bacarıqlara uyğun iş seçmək demək deyildir. Məqsədiniz iş zamanı həmişə bilik və bacarıqlarınızdan istifadə etməyə və onları təkmilləşdirməyə imkan verən sahələrə yönəlmək olmalıdır.


Maaş əsasında iş seçmək: Bu səhv cəmiyyətimizdə özünə möhkəm yer etsə belə, unutmamalıyıq ki, işi maaşa görə deyil, bacarıqlarımız və maraqlarımıza görə seçməliyik. Sadəcə maaş üçün görülən iş insanı qane edə bilməz.


Sadəcə rəhbərlik tərəfindən təklif edildiyi üçün bir işi seçmək: Müdirinizlə müzakirələr apararaq hansı sahənin sizə ən uyğun olduğunu müəyyən edin. Sizin bacarıq və ixtisas sahənizə heç bir dəxli olmayan bir işə getməkdənsə, hazırda işlədiyiniz işdə məsuliyyət və peşəkarlığı artırmaq sizin üçün daha faydalı ola bilər.


Bir işi valideynlərinizin istəyi ilə seçmək: Bir işi seçərkən, sadəcə valideynlərinizin həmin iş üzrə işləməsi əsas səbəb olmamalıdır. Öz maraq və bacarıqlarınızı müəyyən edin və bu əsasda karyera seçin.


Valideynlərinizin yerinə yetməmiş arzularını həyata keçirmək üçün iş seçmək: Valideynlər özlərinin işləmək istədikləri, lakin reallaşdıra bilmədikləri arzularına uşaqlarını məcburən yönləndirməməli, əksinə uşaqlarının öz arzularına uyğun yolla getməsinə həvəs və şərait yaratmalıdırlar.


ŞƏRH YAZIN