Duz , Bir Stəkan Su Və Göl

0
14984
  Duz , Bir Stəkan Su Və Göl

Biz öz işimizdən şikayət etməyə o qədər adət etmişik ki, bəzən yanımızda öz işindən məmnun insanlar görəndə onlara həsəd aparır və hətta xoşagəlməz hislər keçiririk. Amma dünyada öz işini sevən insanlar da az deyil. Onlar sadəcə sevdiyi işi görür və bunu bütün aləmə car çəkməyi vacib hesab etmirlər.

Hamımız dəfələrlə eşitmişik ki, ən yaxşı iş – sadəcə sevdiyin məşğuliyyətə özünü həsr etməkdir.

İşiniz elə olmalıdır ki, sizin zamanı izləməyə vaxtınız olmasın, siz daima keçirdiyiniz zamandan zövq almalısınız. Buna baxmayaraq, iş sadə olmalı deyil. Çətinliklər hər yerdə var, sadəcə onların öhdəsindən gəlmək lazımdı.

Bəs belə bir işi tapdığınızı necə anlamalı?

Hər şey göründüyü qədər bəsit deyil. Bu 8 əlamət isə siz işinizi dəlicəsinə sevdiyinizi aşkarlamağa kömək edəcək.

Sizin boş vaxtınız azdır, lakin bu sizin xoşunuza gəlir.

Daima yeni iş axını sizin acığınıza səbəb  olmur, sizdə qıcıq yaratmır. Əksinə, siz sanki axına qoşulursunuz və işlər öz-özünə həll olur. Heminquey bəzən yazmaqdan vaz keçirdi, baxmayaraq ki, onun həmişə yeni ideyaları olurdu. Çünki o , istəyirdi ki, onun sabah yazmaq üçün də mövzusu qalsın və özündən kəlmələri məcbur çıxartmalı olmasın.

Eləcə də siz öz işinizdə. Həmişə sabah görməli olduğunuz işlərin siyahısı əlinizin altında olur və bu sizin xoşunuza gəlir.

Siz öz işinizin nəticəsini görürsünüz

Sizin gördüyünüz işin xeyir gətirməsi, fayda verməsi təəssüratı  - dünyada mövcud ola biləcək ən yaxşı mükafatdır. Baxmayaraq ki, bəzən iş özlüyündə çox çətin olur, amma sizin inanırsınız ki, gördükləriniz dünyanı az da olsa daha yaxşı, insanların həyatını isə asan və rahat edəcəksiniz, bütün bunlar isə sizə özünüzü daha yaxşı hiss etməyə sövq edir.  

Siz daha yaxşı olmağa çalışırsınız.

Əgər gördüyünüz iş həqiqətən də xoşunuza gəlirsə, siz daima orada hamıdan yaxşı olmaq üçün yeni üsulları axtarışında olacaqsınız. Seminar, özünü təhsilləndirmə,  bizim peşəmizin nüfuzlu nümayəndələrindən peşəkar məsləhətlər – bütün bunlara sərf etdiyiniz vaxta heyifiniz gəlmir.

Əgər öz peşənizlə bağlı yeni nəsə öyrənmək sizə cansıxıcı bir məşğuliyyət kimi gəlirsə, deməli nəyisə dəyişmək vaxtıdır və bu nəsə -sizin işinizdir.

Siz boş vaxtınızda iş haqqında danışırsınız

Siz dayana bilmir və öz işiniz haqqında həvəslə danışırsınız, hətta bu asan iş olmasa belə.  Amma ki, müəyyən həddi gözləyin. Heç də hamının bəxti sizin qədər gətirməyib və boss vaxtlarında onların əksəriyyəti iş haqqında bircə kəlmə belə eşitmək istəmir. Başqalarının istəyinə hörmət edin və çox israrlı olmayın. 

Siz elə gəlir ki, gün hələ indi başlayıb, amma artıq nahar vaxtıdır.

Əlbəttə ki, söhbət günorta saat 12-də başlayan işlərdən getmir. Amma siz nə demək istədiyimizi anladınız. Siz bir neçə xırda tapşırıq icra etdiniz, bir neçə zəngə  və məktuba cavab verdiniz və indi tam ciddi işə keçməyə hazırsınız. Amma saata baxıb, anlayırsınız ki, artıq günün yarısı keçib.

" Bəs, bütün səhər necə keçdi? “əgər sizə belə axın halı tanış gəlirsə, deməli siz düzgün yerdəsiniz.

Siz ətrafınızdakı insanlardan ilham alırsınız. 

Siz əməkdaşların yerinə yetirdiyi tapşırıqlara heyran olursunuz və həmişə onlara kömək etməyə hazırsınız. Çalışdığınız komanda sizin xoşunuza gəlir, sizin həmkarlar isə sizdə ruh yüksəkliyi yaradır. Adətən biz özümüzü yaxşı hiss edəndə, bizi əhatə edən insanlarda da yalnız müsbət cəhət və keyfiyyətləri görürük. Ona görə də əgər siz başqalarının işindən  qürur duyursunuzsa, deməli öz işinizi də sevirsiniz

Siz öz həyatınıza iş nöqteyi-nəzərindən yanaşırsınız.

İşiniz sizin xoşunuza gəlir və siz işdən kənar vaxtda da onun haqqında düşünməkdə pis heç nə görmürsünüz. Siz problemləri həll edir, yeni ideyalar haqqında düşünür, iş məsələləri üzərində baş sındırırsınız. Bütün bunlar sizin ofisdən çox-çox uzaq olduğunuz mühitdə də baş verir və davam edir. Siz əməksevərsiniz? Bəlkə də hə. Axı bunun nəyi pisdir, əgər bu sizin xoşunuza gəlirsə. 

Siz bazar ertəsindən qorxmursunuz.

Öz işini sevməyən insanlar üçün – Bazar ertəsi sanki dünyanın sonudur. Hamı onu dəhşət içində gözləyir və onun tez başa çatmasını arzu edir.  “İş günləri – istirahət –içmək – uzanmaq –yenə iş günləri”- sxemi öz işinə nifrət edənlər üçün həmişə aktual olaraq qalacaq.


 

ŞƏRH YAZIN