Çox makiyaj sizi işsiz qoya bilər

0
1875
Çox makiyaj sizi işsiz qoya bilər

Müsahibədə bilik və təcrübə ilə bərabər, imiciniz də əhəmiyyətlidir. Geyiminiz işə qəbul olmağınıza köməkçi olərkən, istifadə etdiyiniz artıq bir aksesuar mənfi təəssürat buraxa bilər. Müsahibə zamanı geyiminizdə diqqətli olacağınız nüanslar bunlardır:

-Təmiz köynək, rahat ayaqqabı, xanımlar üçün düz formada olan parça ətək və ya şalvar uyğun ola bilər.

-Cənablar üçün isə kostyum ən uyğun geyimdir.

-Ancaq sadəcə belə geyinmək məcburiyyətindəyəm deyə, rahat olmadığınız bir paltar ilə də iş görüşünə getməyin.

-Bəzi xanımlar uca boy görünmək üçün müsahibəyə narahat, dikdaban ayaqqabılar geynirlər. Buna ehtiyac yoxdur.

- Çox bəzəkli paltar, qadınlarda makiyaj və çox ətir lazım deyil.

- Diqqətsiz və zövqsüz geyim geyinməyin.

- Təmiz olmayan ayaqqabılarla getməyin. (Ayaqqabınız köhnə ola bilər amma boyasız ola bilməz!)

- Yorğun, istəksiz bir üz ifadəsi, aşağı düşmüş çiyinlər, cansız bir səs tonu qarşı tərəfdə xoş olmayan təəssürat buraxacaqdır.

 

ŞƏRH YAZIN